Elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizmi yaradılır
Tarix: 02.09.2016 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizminin yaradılması üçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində ciddi işlər görür. 
Nazirlikdən verilən məlumata görə, elektron ticarət üzrə vergi nəzarətinin təşkil edilməsi məqsədi ilə, ilk növbədə, ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalı və onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda, bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanında uçotunun yoxlanılması həyata keçiriləcək. 
Nazirlikdən bildirilib ki, Azərbaycan prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamı bu il vergi sahəsində əsaslı islahatlara yol açıb. Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir: “Elektron ticarət - texnologiyalardan istifadə ilə malların alqı-satqısı, xidmətlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Ölkəmizdə “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul edilib. 2008-ci il dekabrın 2-də "SilverKey Azərbaycan" şirkəti ilk dəfə olaraq VISA və "MasterCard" vasitəsilə xüsusi lisenziya alıb və bundan sonra Azərbaycanda e-ticarət formalaşmağa başlayıb. Ölkəmizdə biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları  mövcuddur. Bunlara “Elektron sənəd, elektron imza haqqında”, “Elektron ticarət haqqında” qanunlar, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini göstərmək olar. Hazırda elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Qeyd edək ki, elektron ticarətdə "elektron pulların" tətbiqi bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir. Bundan başqa, belə əməliyyatların transmilli olması vergi nəzarəti üçün əlavə problemlər yaradır. Təcrübə göstərir ki, bir çox hallarda e-ticarət əməliyyatları həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər dövlətin rezidenti olması, serverin isə tamamilə başqa dövlətdə yerləşməsi vergi orqanlarının üzləşdiyi əsas problemlərdəndir”.
Nazirlikdən əlavə ediblər ki, Azərbaycanda internet istifadəçilərinin sayının artması, nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər, internet vasitəsilə  alış-veriş edən əhalinin sayının gündən-günə çoxalması ölkəmizdə elektron ticarətin vergiyə cəlb olunması üçün böyük potensial olduğunu göstərir: “Son illər ölkə daxilində internet saytlarında və ya sosial şəbəkələrdə reklam yerləşdirməklə, habelə internet üzərindən elektron ticarət həyata keçirməklə bağlı iqtisadi fəaliyyətin miqyasının artması müşahidə edilir. Məlum olduğu kimi, xərclər aşağı olduğundan elektron ticarət məhsulların daha ucuz qiymətə təklif olunması ilə səciyyələnir”, - deyə məlumatda vurğulanıb.
 
Nazirlikdə hesab edirlər ki, elektron ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin uçotu istehlakçıların hüquqlarının qorunmasına da müsbət təsirini göstərəcək: “Bəzi hallarda istehlakçıların elektron ticarət şəbəkələrindən mal alarkən hüquqları pozulur. Bu vergi ödəyicilərinin uçota alınması elektron ticarət sahəsində satıcı və alıcı arasındakı münasibətlərin tənzimlənməsinə şərait yaradacaq”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info