Bölük komandirlərinin müavini vəzifəsinə qəbul elan edilir
Tarix: 02.09.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Aprel döyüşlərindən sonra Ordunun nüfuzunun, vətəndaşlarımızda ruh yüksəkliyinin və döyüş əzminin artması Silahlı Qüvvələrdə hərbi xidmət keçmək arzusunda olan insanlar tərəfindən çoxsaylı müraciətlərin edilməsinə səbəb olub.
Minlərlə müraciətləri nəzərə alaraq, Müdafiə Nazirliyi tabeliyindəki hərbi hissələrdə şəxsi heyətlə iş üzrə bölük komandirlərinin müavini vəzifəsinə qəbul keçirilməsini qərara alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi xidmətə qəbul olmaq üçün ali təhsil müəssisələrinin humanitar fakültələrini (filologiya, pedaqogika, tarix, coğrafiya, sosiologiya, psixologiya, politologiya, jurnalistika və s.) bitirmiş, müddətli həqiqi hərbi xidmət keçmiş, 28 yaşı tamam olmayan, fiziki cəhətdən sağlam və kişi cinsindən olan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
Zabit kimi əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, humanitar ali təhsilli (28 yaşı tamam olmayan) ehtiyatda olan hərbi qulluqçular da qəbul ilə bağlı müraciət edə bilərlər.
Namizədlər söhbət və ixtisas seçimindən, sənədlərin toplanıb təqdim olunmasından, Müdafiə Nazirliyinin hərbi həkim komissiyasında yoxlamadan keçdikdən sonra müvafiq kurslara qəbul olunacaqlar. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq vəzifələrə təyin ediləcəklər.
Bağlaşma (müqavilə) yolu ilə xidmət etmək üçün minimal xidmət müddəti 1 il 6 aydır. Həmin müddətdən sonra Silahlı Qüvvələrdə xidmətini davam etdirmək arzusunda olanlar kadr zabitləri heyətinə keçirilə bilərlər. Xidmət dövründə həmin şəxslər Silahlı Qüvvələrin hərbi qulluqçularına şamil olunan bütün imtiyazlardan istifadə hüququna malik olacaqlar.
Namizədlər 2016-cı ilin sentyabrın 5-dən oktyabrın 15-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər. Onlar tərcümeyi-halı, təhsil haqqında sənədin, doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin, ehtiyatda olan zabitin şəxsiyyət vəsiqəsinin və ya hərbi biletin surətlərini, “ASAN xidmət”dən məhkumluğun olub-olmaması barədə arayış, sağlamlıq (psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi dispanserlərdən qeydiyyatda olub-olmaması) haqqında tibbi arayışlar, 3x4 santimetr ölçüdə iki şəkil və 9x12 santimetr ölçülərində iki fotoşəkil (başıaçıq, anfas) təqdim etməlidirlər.
Qəbul zamanı namizədin pedaqoji stajı, elmi dərəcəsi və dövlət mükafatı olanlara üstünlük veriləcək.
Məhkumluğu olan, əvvəllər hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanların müraciət etməmələri xahiş olunur.
Əlaqə üçün telefon nömrələri: (012) 538-85-62, (012) 538-61-31.


Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info