Gənclər məhkəmə orqanlarında təcrübə keçəcək
Tarix: 02.09.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


ASAN könüllüləri “ASAN School” könüllülük məktəbinin “Master 2” pilləsi çərçivəsində inzibati, biznes, sosial menecment istiqamətləri üzrə təcrübələrə cəlb olunurlar.“ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, inzibati menecment istiqaməti üzrə ASAN könüllüləri Azərbaycan Respublikasının Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən I instansiya məhkəmələrində təcrübə keçə biləcəklər.Dövlət qulluğu təcrübəsini dərindən öyrənmək, vətəndaş hüquq və azadlıqlarının təmin olunması prosesini yaxından mənimsəmək, peşəkar kadr ehtiyatını zənginləşdirmək məqsədilə könüllülər məhkəmə hakimiyyətinin təşkili sistemini, vətəndaşların qəbulu işinin təşkilini, dövlət qulluqçularının etik davranış qaydalarını real təcrübə vasitəsilə öyrənəcəklər.
Təcrübənin açılışı olaraq avqustun 31-də Ədliyyə Akademiyasında keçirilən görüşdə “ASAN School” könüllülük məktəbinin rəhbəri Cahangir Hacıyev və Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin əməkdaşı Leyla Zakirzadə tərəfindən ASAN könüllüləri təlimatlandırılmış, onları maraqlandıran suallar ətrafında müzakirə aparılmışdır.
Rayon-şəhər və inzibati-iqtisadi məhkəmələrdə baş tutacaq təcrübə 2 ay müddətində davam edəcək. Qeyd edək ki, təcrübənin sonunda ASAN könüllüləri sertifikatlarla təltif olunacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info