Qadın hüquqlarının təmini dövlət siyasətində mühüm yer tutur
Tarix: 02.09.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihənin icrasını həyata keçirir.
Həmin layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Göyçay rayonunda keçirilib. Təşkilatın nümayəndəsi tədbirdə çıxış edərək layihənin məqsədi haqqında məlumat verib, maraqlı bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya və tədbirin təşkili üçün yaradılan şəraitlə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəxşəndə Rəsulova öz çıxışında mövzunun aktuallığını qeyd edərək, rayonda məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə ilə bağlı görülən işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirib, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda qadın siyasətinin əsasını qoyulduğu, bu siyasətin bu gün də möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi bildirilib. O, qadın siyasətinin Azərbaycan Respublikasının qadın hüquqlarının müdafiəsi üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulduğu, milli qanunvericiliyin beynəlxalq standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımların atıldığını vurğulayıb.
S.Qəhrəmanova insanlar arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat verib, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırılmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyəti qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsi vacibdir. Erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə üsulları barədə məlumat verilib.
Tədbirdə iştirak edən qadın hüquqları və gender məsələləri üzrə ekspert, professor Rəna Mirzəzadə məişət zorakılığı və erkən nikahla bağlı öz fikirlərini bölüşüb, zorakılığın növlərini, əsas səbəb və nəticələrini göstərib. O, erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödənməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunub və əhalinin düşüncə tərzini dəyişməyə və insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu söyləyib.
Qadınlara qarşı iqtisadi zorakılıq haqqında danışan “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva qadınların ictimai həyatda rolunun artırılmasının, onların məşğulluğunun təmin olunmasının vacibliyini vurğulayıb və müsbət təcrübələrini bölüşüb.
Göyçay rayon qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova öz çıxışında ailə münasibətlərinin hüquqi əsaslarından, gənc ailələrdə nikahın pozulması hallarının yaranma səbəblərindən və nikahdan əvvəl tibbi müayinə və reproduktiv sağlamlıq haqqında maarifçilik işinin əsaslarından bəhs edib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin əməkdaşı və icma üzvləri məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınması məqsədilə qaynar xətt xidmətinin yaradılması, əhalinin təhsil səviyyəsinin yüksəlməsi, qadın polislərin sayının artırılması, qadınların sahibkarlığa cəlb edilməsi, insanlar arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin genişlənməsi, medianın bu sahədə fəaliyyətinin daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.
Tədbirdə iştirakçılarla mövzu üzrə interaktiv müzakirələr və fikir mübadiləsi aparılıb, məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər irəli sürülüb.
Layihə çərçivəsində Ağsu rayonunda da maarifləndirmə tədbiri keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info