“Yeni Azərbaycan” təşviqat qrupunun YAP Şəmkir rayon şöbəsinin yığıncağı keçirilib
Tarix: 02.09.2016 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendum ilə əlaqədar "Yeni Azərbaycan" təşviqat qrupunun YAP Şəmkir rayon şöbəsinin yığıncağı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri, “Yeni Azərbaycan” təşviqat qrupunun Binəqədi rayon şöbəsi üzrə qərargahın sədri Fəxrəddin Vəliyev Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verib.
F.Vəliyev rayon təşkilatı tərəfindən referendumqabağı görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı danışıb, təbliğat-təşviqat kampaniyası dövründə “Yeni Azərbaycan” təşviqat qrupu tərəfindən seçicilərlə keçiriləcək görüşlərin qrafiki və təşviqat qrupunda iştirak edəcək məsul şəxslərin siyahısını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra seçicilərlə görüşlərin və təşviqat kampaniyası tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən söz açılıb.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatı aparatının məsləhətçisi İlkin Musayev, YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov və digərləri görülən işlərlə bağlı fikirlərini bildirib, Şəmkir rayonunda da ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə inamlarını ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info