59 saylı Salyan seçki dairəsində referenduma hazırlıq yüksək səviyyədədir
Tarix: 02.09.2016 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Respublikamızın hər yerində olduğu kimi, 59 saylı Salyan seçki dairəsinin dairə və məntəqə seçki komissiyalarında sentyabrın 26-a təyin olunmuş ümumxalq səsverməsinə hazırlıq işləri “Təqvim planına” uyğun olaraq aparılır.
Dairə seçki komissiyasının sədri Səlamət Kərimov AZƏRTAC-a bildirib ki, dairənin əhatə etdiyi 40 seçki məntəqəsində dəqiqləşdirilmiş siyahıya əsasən 38 min 422 seçici var. Onlardan 311 nəfəri ilk dəfə səsvermə hüququ qazanmış gənclərdir. 751 seçicinin isə yaşı 80-100 arasındadır. Dairə üzrə ən yaşlı seçici 106 yaşlı Xanım Əsgərovadır.
Referenduma hazırlıqla bağlı dairənin bütün seçki məntəqələrində təmir işləri başa çatdırılıb. Məntəqələrin hamısı zəruri texniki və metodik vasitələrlə, elektrik enerjisi və rabitə sistemi ilə təmin olunub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyasının üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədilə seminar-treninq keçirilib.
Konstitusiyanın ümumxalq səsverməsinə çıxarılan maddələrinin müqayisəli təqdimatı seçicilərə paylanılıb. Seçici siyahıları, çağırış plakatları və digər təbliğat vəsaitləri məntəqələrin girişində, nəzərəçarpacaq yerdə asılıb.
Dairədə müşahidəçilərin qeydə alınması davam etdirilir. Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə seçicilərə bildirişlər yazılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info