Ermənistan Silahlı Qüvvələrinin fərarı zabit Rusiyada tutulub.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiyanın Tümen vilayəti üzrə prokurorluğunun mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Vaqe Ohanesyan avqsutun 29-da Tobolsk şəhərində polis tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən onun axtarışda olduğu üzə çıxıb.
Məhkəmə barəsində həbs qərarı verib.
Fərari zabitin Ermənistana ekstradisiyası üçün sənədləşmə işləri aparılır.
Ermənistan vətəndaşı Vaqe Ohanesyan 2009-ci ildə Ermənistan ordusunda xidmətə başlayıb.
2016-cı ilin fevralında 28 yaşlı bölük komandiri məzuniyyətə çıxıb və Ermənistanı tərk edib.
Faktla bağlı “fərarilik” maddəsi ilə cinayət işi açılıb, ona qarşı qiyabi ittiham irəli sürülüb.
Tural
|