Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası birgə seminar keçirib
Tarix: 02.09.2016 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Ölkə hüdudlarından kənarda ümumxalq səsverməsinin təşkili ilə əlaqədar sentyabrın 2-də Xarici İşlər Nazirliyi (XİN) və Mərkəzi Seçki Komissiyası (MSK) birgə seminar keçirib.
Seminarda çıxış edən XİN-in nümayəndəsi Fəxrəddin Qurbanov xatırladıb ki, Azərbaycan Prezidenti 2016-cı il iyulun 26-da “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Sərəncam imzalayıb. Ölkəmizin hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşların ümumxalq səsverməsində (referendum) iştirakının və səsvermə hüququnun təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərdə seçki məntəqələri təşkil ediləcək.
F.Qurbanov vurğulayıb ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin 38 diplomatik nümayəndəliyində və konsulluğunda ümumxalq səsverməsinin keçirilməsi nəzərdə tutulub. Hazırda müvafiq seçici siyahıları ilə bağlı məlumatlar diplomatik nümayəndəliklər və konsulluqlardan əldə olunaraq MSK-ya təqdim edilib. Eyni zamanda, referendumun yüksək səviyyədə təşkil olunması və prosesin lazimi qaydada əlaqələndirilməsi üçün XİN-də işçi qrup yaradılıb.
MSK Katibliyinin rəhbəri Rövzət Qasımov istənilən seçicinin səsvermədə iştirak etməsi və özünün aktiv seçki hüququnu reallaşdırması üçün bütün lazımı addımların atıldığını söyləyib. Bildirib ki, bununla bağlı ən mühüm məsələlərdən biri də Azərbaycan Respublikasının ölkə hüdudlarından kənarda səs verəcək vətəndaşlardır. Belə ki, səsvermə hüququna malik Azərbaycan vətəndaşı əgər Azərbaycan Respublikasının hüdudlarından kənarda ölkəmizin diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydiyyata alınaraq müvəqqəti seçici siyahılarına daxil edilibsə, həmin seçicilər öz hüquqlarından istifadə edə bilərlər. Məhz bunu nəzərə alaraq referenduma start verildikdən sonra Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyi ilə birgə bir sıra tədbirlər həyata keçirib. Bunun əsas məqsədi isə ölkə hüdudlarından kənarda seciçilərin səsvermə hüquqlarından istifadə etmələrinə şərait yaradılmasıdır. Seçki Məcəlləsinə əsasən səsvermə günü xarici ölkələrdə olan vətəndaşlarımızın səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri müvafiq ərazilərdə konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən çox olduqda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının rəhbərləri tərəfindən səsvermə gününə azı 30 gün qalmış yaradılmalıdır. Səsverməyə 25 gün qalmışadək isə seçici siyahıları tərtib olunaraq MSK-ya təqdim edilməlidir. MSK isə öz növbəsində həmin siyahıları təsdiq etməli və müvafiq seçki dairələri ayırmalıdır. Bunu nəzərə alaraq MSK referenduma 25 gün qalmış - avqustun 31-də qərar verərək ölkə hüdudlarından kənarda səsvermə təşkil edildiyi hallarda səsvermə hüququna malik şəxsləri seçici siyahılarına daxil etməli olan üç seçki dairəsi müəyyən edib. Bunlar isə 15 saylı Yasamal birinci, 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info