Kurslardan müvəffəqiyyətlə keçənlər metroda işlə təmin olunacaqlar
Tarix: 02.09.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


İyulun 27-də metropolitendə qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunan bir aylıq ödənişsiz kurslar artıq başlayıb. Qurumdan verilən məlumata görə, ilkin müsahibəyə müraciət edən 1158 nəfər arasından 229-u dəvət edilib. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası müsahibədə iştirak edən 109 nəfərdən seçim edərək, 47 nəfəri kurslara dəvət edib. Dərslər metropolitenin mütəxəssisləri tərəfindən həftə içi hər gün saat 9:00-11:00-dək təlim-tədris mərkəzində keçirilir.
Kursun nəticəsi test imtahanından sonra bəlli olacaq. İmtahandan müvəffəqiyyətlə keçənlərlə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanılacaq və onlar hərəkət xidmətində müvafiq işlə təmin olunacaqlar. 
Məlumat üçün bildirək ki, hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbul olunmaq üçün elan olunan müsabiqədə seçimlər metropolitenin rəsmi internet səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə anket forması ilə müraciət edənlər arasından aparılıb.
"Bakı Metropoliteni” QSC-nin vakant vəzifələr üzrə işə qəbul prosesi davamlı olacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“ASAN xidmət”dən fərqli aksiya
10.12.2018
Qeyri-rəsmi məşğulluqla əlaqədar seminar-müşavirə keçirilib
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info