Cahangir Hacıyevin göstərişi ilə iki Rusiya vətəndaşına da qeyri-qanuni kredit verilib 
Tarix: 02.09.2016 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə “Suraxanı” filialının kredit şöbəsinin müdiri Fuad Bağırzadə ifadə verib. O bildirib ki, 2011-ci ildə iki nəfərə kredit verilib, sənədlər baş idarəyə göndərilib.
 
“İnter Security” şirkətinin əməkdaşı Əjdər Babayev ifadəsində deyib ki, şirkətin rəhbərindən sənədlərə qol çəkməklə bağlı tapşırıq alıb və yerinə yetirib. Onun adına hazırda 400 min manat borc var.
 
Bankın kreditlərə nəzarət departamentinin rəhbəri olmuş Akif Əliyev ifadəsində bildirib ki, fiziki şəxslərin adına külli miqdarda kreditlər ayrılıb və bununla bağlı ona göstərişləri C. Hacıyev verib: "Biz rəhbərliyə kreditlərin bağlanmadığını dedikdə bildirdi ki, ödəniləcək".
 
Bankın “Nəqliyyat” filialının xəzinədarı Rəfiqə Cabbarova bildirib ki, kredit alan şəxslər şəxsən özləri gəlib sənədləri imzalayıblar, lakin onlara pul verilməyib. Filialın baş mühasibi Afət Yusifova isə bildirib ki, kreditlərlə bağlı sənədləşdirmə işləri aparılıb, sənədlər üzərində pulların alındığı göstərilsə də, pulların verilib-verilməməsindən xəbəri olmayıb.
 
2002-ci ildən bankın İdarə Heyətinin sədrinin köməkçisi olmuş Anar Bəkirov bildirib ki, iki Rusiya vətəndaşına qeyri-qanuni kredit verilməsi ilə bağlı Cahangir Hacıyevin göstərişinə əsasən filiala tapşırıq verib.
 
“Nəqliyyat” filialının kredit şöbəsinin müdiri Kamran Rəhimli bildirib ki, kreditlərin sənədləşməsi onlar tərəfindən aparılıb və vəsaitlər müştərinin cari hesabına köçürülüb. Pulların alınıb-alınmamasından, təyinatından xəbəri olmayıb.
 
Proses sentyabrın 5-də davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info