Azərbaycan ilə Pakistan arasındakı əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur
Tarix: 02.09.2016 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin maliyyə, gəlirlər, iqtisadi işlər, statistika və özəlləşdirmə üzrə federal naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, görüşdə hər iki ölkənin bir-birinə mütəmadi göstərdiyi dəstək, Kəşmir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin hazırkı vəziyyəti, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkənin rəhbərlərinin önəmli rolu, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi müxtəlif humanitar və sosial yönümlü layihələr, gələcəkdə həyata keçirilməsi planlaşdırılan yüksək səviyyəli səfərlər barədə danışılıb, bu cür səmimi münasibətlər fonunda maliyyə, iqtisadiyyat və ticarət sahəsində əlaqələrin daha da artırılmasının önəmi vurğulanıb.
Əli Əlizadə Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafdan, iki ölkə arasında enerji, ticarət və digər sahələrdə görülən tədbirlərdən, yeni müqavilələrin hazırlanması istiqamətində aparılan işlərdən danışıb. Səfir enerji, tekstil, metallurgiya və digər sahələr üzrə də azərbaycanlı iş adamlarının Pakistanla iqtisadi-ticari əlaqələrin qurulmasına maraq göstərdiyini söyləyib. Həmçinin Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd edib. Əli Əlizadə ölkələrarası bu şəraitdən pakistanlı iş adamlarının da yararlana biləcəyini vurğulayıb.
Nazir Məhəmməd İshaq Dar iki ölkə arasındakı ticari və iqtisadi potensialın böyük olduğunu deyib. Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində Pakistanın imkanlarından istifadə edə biləcəyini vurğulayıb. Qeyd edib ki, enerji, ticarət, iqtisadi sahələrdə həyata keçirilən işlərin daha da artırılması, bu istiqamətdə müqavilə-hüquq bazasının təkmilləşdirilməsi qarşılıqlı əlaqələrə müsbət töhfələr verəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb
22.01.2019
Dünya İqtisadi Forumu işə başlayıb
22.01.2019
Tükənməyən bəhanələr
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mitinqlə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info