“Joxovurd”: “Ermənistanda çörək alanların sayı azalıb”
Tarix: 03.09.2016 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Əgər Ermənistanda çörək kiçik miqdarda istehsal olunursa, bu, sadəcə olaraq, çörək istehlakçılarının sayının azalması ilə bağlıdır”.
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə çörək istehsalı 2,3 faiz azalıb. Bu barədə Ermənistanda nəşr edilən «Joxovurd» nəşri yazıb: ” Təbii ki, bütün bunlar başadüşüləndir. Əgər ölkədə günün ən mühüm qidası olan çörəyə tələbat bu qədər azalıbsa, deməli, bu daha çox ölkədə yaşayan ermənilərin sayının azalmasına dəlalət edir “.

Ölkədə nəşr edilən «Joxovurd» nəşrinin məlumatına görə, əgər ötən ilin 7 ayı ərzində ölkədə 168 min ton çörək istehsal edilmişdisə, bu ilin müvafiq dövründə həmin göstərici 164 min ton təşkil edib. Bütün bunlar Ermənistanın demoqrafik fəlakətə doğru getdiyinin əyani sübutudur.

Erməni rəsmiləri bunu hər vəchlə gizlətməyə çalışsalar da, reallıq göz önündədir- əhali Ermənistandan qaçır. Ölkə üçün gələcək problemə çevriləcək reallıqlardan biri də budur ki, ölkədən gedənlər, əsasən, iş qabiliyyəti olan gənc və orta yaşlı nəslin nümayəndələridir. Son zamanlar ölkə rəsmiləri də bu köçün qarşısını almaqda çətinlik çəkir. Ermənistandan gedə bilməyənlər isə əsasən, kasıb, dövlət büdcəsi üçün yük ola biləcək yaşlı nəslin nümayəndələridir. Ağır sosial-iqtisadi durum elə ölkədə qalan yaşlı nəslin də sabaha olan ümidlərinin qırılmasına və ölkədən getməsinə stimul yaradır.
Təbii ki, ölkədəki çörək istehsalçıları da bunu yaxşı anlayırlar. Ölkədə nəşr edilən «Joxovurd» nəşrinin məlumatına görə, əgər ötən ilin 7 ayı ərzində ölkədə 168 min ton çörək istehsal edilmişdisə, bu ilin müvafiq dövründə həmin göstərici 164 min ton təşkil edib. Bütün bunlar Ermənistanın demoqrafik fəlakətə doğru getdiyinin əyani sübutudur. Lakin bunun da təkcə demoqrafik fəlakətlə sonuclanacağı şübhə doğurur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info