“Suriya əyalətlərə parçalanacaq”
Tarix: 16.03.2013 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Bu həftə Bəşər Əsəd rejiminə qarşı başlamış etiraz aksiyalarının iki ili tamam olur. “Vaşinqton Post” yazır ki, ərəb inqilabının başlanğıcından sonra iki amil ən qanlı münaqişəni stimullaşdırdı: Əsəd rejiminin zor gücünə üsyanı yatırmaq cəhdi və ABŞ-ın bu vəziyyətə adekvat cavab vermək istəməməsi.
“Əvvəlcə Obama administrasiyası güman edirdi ki, Əsəd siyasi islahatlara başlamaqla üsyana son qoyacaq, sonra BMT-nin atəşkəs üzrə diplomatiyasını dəstəklədi, daha sonra isə ona bel bağladı ki, Rusiya hər necə olsa, Əsədi öz postunu tərk etməyə məcbur edəcək”, - deyə qəzet xatırladır.
Qəzet davam edir: “Qəddarlığın və yanlış fikirlərin nəticəsi o oldu ki, əvvəlcə dinc nümayişçiləri hərbi sıralara, sonra isə daha radikal qruplaşmalara, hansı ki biri “Əl-Qaidə”nin tərkibinə daxil idi, böldülər. Bir il əvvəl Suriyada ölənlərin sayı 7 min nəfərə çatanda prezident Obama hərbi müdaxiləyə qarşı etiraz etdi. Hazırda isə ekstremistlərin təsiri artır və ölənlərin sayı 7 min nəfərə çatıb.
Ehtimal ki, Suriya tezliklə nəzarət altındakı mübarizə aparan güclərə - əyalətlərə parçalanacaq: Dəməşqdə hərbi rejimin qalıqları və İraqı dəstəkləyən Aralıq dənizi sahilboyu və İraq sərhədləri boyunca “Əl-Qaidə” nəzarəti altında olan sərhədlərə. Ekstremistlər və sünnilər arasında mübarizə isə hər iki dövlətdə sabitliyi pozaraq Livan və İraqa yayılmaqda davam edəcək”.
Göründüyü kimi, “Ərəb baharı” ərəb ölkələrinə yaxşı adına heç bir şey bəxş etmədi. Bu inqilab, ölkənin parçalanması, ölkədaxili münaqişələr, qanlı hadisələr, partlayışlar və bu partlayışlarda ölən minlərlə günahsız insanlardan başqa heç nə ilə tarixə yazılmadı.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info