“Olimpiyaçılarımızın uğurunu təkrarlamağa çalışacağıq”
Tarix: 03.09.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın Paralimpiya yığması Braziliyaya yüksək mükafat arzusu və həvəsi ilə yollanıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli şəkildə yola salınan idmançılarımız səfər öncəsi yarış haqda fikirlərini jurnalistlərə bildiriblər. İlham Zəkiyev (Paralimpiya Oyunlarının ikiqat qızıl medalçısı, Avropa çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi): “Olimpiyaçılarımızın yaratdığı zəfər ab-havasının Rioda paralimpiyaçılar tərəfindən davam etdirilməsinə səy göstərəcəyik. Bütün gücümüzü səfərbər edəcək və çalışacağıq ki, öz nailiyyətlərimizlə xalqımızı sevindirək. Xırda zədə problemlərini nəzərə almasaq, komandamızın ümumi hazırlıq prosesi çox yüksək səviyyədədir. Olimpiyaçılarımız 18 medal qazanıblar və biz də onların uğurunu təkrarlamağa səy göstərəcəyik”.
Elçin Muradov (üçqat Avropa çempionu): “Üçüncü Paralimpiya Oyunlarının iştirakçısıyam. Bundan əvvəl Pekində və Londonda təmsil olunmuşam. Komandamızın ilk yarışını mən açacağam və yüksək nəticə qazanmağa çalışacağam”.
Paralimpiyaçıları dəstəkləməyə gələnlər arasında uşaqlar da var idi. Onlardan biri olan Murad Məmmədov deyib: “Mən bu gün özümə borc bildim ki, başda bayraqdarımız İlham Zəkiyev olmaqla bütün paralimpiyaçı dostlarımızı Rio-de-Janeyroya yola salmaq üçün buraya gəlim. İnanıram ki, idmançılarımız uğurlu çıxışları ilə yüksək nəticələr əldə edəcəklər”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info