Merkelin reytinqi son beş ildə ən aşağı səviyyəyə enib
Tarix: 03.09.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


AFR kansleri Angela Merkelin ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi son beş ildə ən aşağı həddə düşüb. “Infratest dimap” sosioloji institutu tərəfindən aparılmış rəy sorğusunun nəticələri göstərib ki, respondentlərin yalnız 45 faizi Almaniya hökumətinin başçısının fəaliyyətini müsbət qiymətləndirir.
“ARD-Deutschlandtrend” bu sorğunun nəticələrini sentyabrın 1-də axşam elan edib. Məlum olub ki, hazırda Merkel alman siyasətçilərinin populyarlıq reytinqində yalnız 6-cı yeri tutur. Rəyi soruşulanların əksəriyyəti (51 faiz) Merkelin yenidən, 4-cü müddətə AFR kansleri vəzifəsinə seçilməsinin əleyhinədir. Bu ssenarini müsbət qiymətləndirənlər isə cəmi 46 faiz olub. Bu araşdırma göstərib ki, hazırda ən populyar alman siyasətçisi AFR xarici işlər naziri Frank-Valter Ştaynmayerdir. O, rəyi soruşulanların 73 faizinin dəstəyini qazanıb. Maliyyə naziri Volfqanq Şoyble 65 faiz nəticə ilə ikinci yerdədir. Reytinq cədvəlində növbəti 3 yeri Baden-Vyurtemberq federal əyalətinin Baş naziri Vinfrid Kreçman, “90/Yaşıllar ittifaqı” partiyasının lideri Cem Özdəmir və XDİ/XSİ bloku üzrə Merkelin tərəfdaşı, Bavariyanın Baş naziri Horst Zeyehofer tutur.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Hökumət dəyişikliyinə getməlidir”
26.05.2019
Baş nazir Şinzo Abenin iyunun ortalarında İrana səfəri gözlənilir
26.05.2019
İran ABŞ-ın qeyri-hökumət təşkilatları ilə danışıqlar aparır
26.05.2019
Bu gün 21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
26.05.2019
Fransada “sarı jiletlər“in aksiyasında 12,5 min insan iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info