Rusiyadan Pentaqonun “zarafat”ına cavab
Tarix: 03.09.2016 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Rusiya Müdafiə Nazirliyi Pentaqonun Rusiya aviasiyasının bombardmanı nəticəsində “İŞİD”-in 2 saylı adamı Əbu Məhəmməd al-Adnaninin ölməsi ilə bağlı məlumatları zarafat adlandırmasına münasibət bildirib.
Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib ki, Rusiya Hərbi Kosmik Qüvvələri ABŞ-ın rəhbərliyi altında “anti-“İŞİD” koalisiyası” deyilən 60 ölkədən fərqli olaraq, ayrı-ayrı şəxslərin mənasız və bahalı ovu ilə məşğul olmadan Suriyada bütün terrorçuları məhv etməklə məşğuldur: “Üstəlik, çox tez-tez terrorçuların başçıları əvəzinə, ABŞ pilotsuz təyyarəsinin zərbələri altında sadə əfqanlar, pakistanlılar, suriyalılar, irqalılar və digər ölkələrin xalqları qalır. Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Hava Kosmik Qüvvələrinin avqustun 30-da endirdiyi zərbələrin əsas hədəfi və nəticəsi Əbu Məhəmməd al-Adnani olmayıb, həmin rayonda qərarlaşan “İŞİD”-ın 40 silahlısından ibarət qrup olub. Pentaqonda Rusiya aviasiyasının 30 avqust tarixindəki zərbələri barədə hansısa faktiki məlumatın olmaması təəccüblü deyil. Artıq bir ildir ki, ABŞ nümayəndələri hər gün Suriyada keçirilən hərbi əməliyyatların Rusiya ilə heç bir halda koordinasiya edilmədiyini və razılaşdırılmadığını bəyan edirlər. Cənablar, bəs o zaman bu məlumatlar sizdə haradandır?..” Qeyd edək ki, Pentaqondakı mənbə “Reuters”ə açıqlamasında Rusiya aviasiyasının zərbələri nəticəsində terrorçu Adnaninin məhv edilməsi barədə məlumatları “zarafat” adlandırıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info