“Konstitusiyaya dəyişikliklər idarəetmə sisteminin təkmilləşməsinə xidmət edir”
Tarix: 03.09.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Fuad Muradov:
“Bu dəyişikliklər hər bir insanın həyatını əhatə edəcək”
“Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi üçün irəli sürülmüş təkliflər çox vacib və ölkədə hər bir insanın həyatını əhatə edən məsələlərdir”.
Bunu “Milli.az”-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Komitə sədrinin sözlərinə görə, ümumxalq səsverməsinə çıxarılan və Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişiklikləri 4 qrupa bölmək olar: "Birinci qrup dəyişikliklər sosial ədalətin genişləndirilməsi ilə əlaqədardır. Məsələn, mülkiyyət hüququnun yüksək səviyyədə qorunması. Bilirsiniz ki, xüsusilə torpağın təyinatı üzrə istifadəsi ilə bağlı bir sıra məsələlər ortaya çıxıb. Düzdür, bu istiqamətdə müəyyən qanunvericilik bazamız var, amma indi torpağın təyinatı üzrə istifadə ilə bağlı vacib məqamlar konstutision hüquq və tələb səviyyəsinə gətirilir. İkinci qrup dəyişiklik vətəndaşların passiv seçki hüququ ilə bağlıdır. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinə əsasən, gənclərimizə hər zaman xüsusi önəm verilib. İndi parlamentə deputat seçkilərində yaş senzinin aradan götürülməsi təklif olunur. Bu da çox məntiqlidir. Çünki əgər 18 yaşında gənc seçə bilirsə, deməli o, seçilə də bilər. Amma bu o anlama gəlmir ki, bu mütləq şəkildə belə olmalıdır. Sadəcə olaraq, gənclərə belə bir imkan yaradılır. Üçüncü qrup dəyişikliklər daha çox insan hüquqlarının təminatı və onların gücləndirilməsi ilə bağlıdır. Burada elektron dövriyyədə olan məlumatların qorunmasına dair müddəaların əlavə edilməsi, konstitusion hüquqların müdafiəsinə dair yeni, müasir vasitələrin yaradılması təklif olunur. Dördüncü qrup məsələlər isə dövlət hakimiyyəti sistemində, xüsusilə də icra hakimiyyəti strukturunda müəyyən institusional dəyişikliklərlə bağlıdır. Məsələn, təklif olunur ki, birinci vitse-prezident və vitse-prezident vəzifəsi təsis edilsin və parlamentin buraxlımasına dair konstitusion mexanizm yaradılsın. Belə bir mexanizmin yaradlıması dövrün tələbi ilə bağlıdır və idarəetmə sisteminin təkmilləşməsinə, səmərəsinin artırılmasına xidmət edə bilər. Bu dörd istiqamətin hamısı çox vacib, hər bir insanın həyatını əhatə edən məsələlərdir". Parlamentin buraxılması və deputatın səlahiyyətinə xitam verilməsinə gəlincə isə millət vəkilinin fikrincə, burada yeni bir şey yoxdur: "Bu məsələlər onsuz da qanunvericiliklə təmin olunurdu, sadəcə, indi konstitusion norma halına gətirilir". Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info