30 əlil istirahətə göndərilib
Tarix: 05.09.2016 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyicari ilin yaz-yay mövsümündə artıq 860 nəfər əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərində istirahətini təşkil edib”.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə daha 30 nəfər əlil şəxsin Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilməsi zamanı Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov məlumat verib.
Şöbə müdiri onlardan 297 nəfər şəxsin Xaçmazda, 270 nəfərin Lənkəranda, digərlərinin isə Şəki rayonundakı müvafiq müəssisələrə istirahətə göndərildiklərini, həmin insanların istirahət mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirildiklərini diqqətə çatdırıb. 
Bu tədbirlər Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində həyata keçirilir. Məqsəd əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara, dolğun həyat şəraitinə malik olmalarına, yaz-yay mövsümündə onların da ölkəmizin səfalı guşələrində istirahət etmələrinə şərait yaradılmasıdır. Bu təbəqədən olan vətəndaşların maddi və mənəvi tələbatlarının ödənilməsi ilə bərabər, sağlamlıqlarının bərpası da diqqətdə saxlanılır. Nazirliyin ölkənin bütün bölgələri üzrə fəaliyyət göstərən 15 əlillərin bərpa mərkəzində  hər il 8 mindən çox şəxsə bərpa müalicəsi xidməti göstərilir. Əlilliyi olan şəxslərin istedad və bacarıqlarının aşkar olunaraq cəmiyyətə təqdim olunması və dəstəklənməsi üçün də dövri olaraq respublika səviyyəli müsabiqələr, stolüstü idman oyunları təşkil edilir. 
Ötən dövrdə 12 mindən artıq əlilliyi olan şəxsin belə tədbirlərdə iştirakı təmin olunub.



Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info