ABŞ-da “Azərbaycan Kinosu Gecəsi”
Tarix: 05.09.2016 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


Los Ancelesdə “Azərbaycan Kinosu Gecəsi” adlı layihəyə start verilib. Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun və buradakı Azərbaycan icmasının birgə təşkilatçılığı keçirilir.
 Konsulluqdan bildirilib ki, layihə çərçivəsində, müntəzəm şəkildə Azərbaycan kino sənətinin nümunələrinin Los Ancelesdə nümayişi planlaşdırılır. Bu səpkidə ilk nümayiş sentyabrın 2-də keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda keçirilən tədbirdə Elçin Musaoğlunun ssenarisi və rejissorluğu əsasında 2009-cu ildə çəkilmiş, bir neçə beynəlxalq mükafata layiq görülmüş “40-cı qapı” filmi nümayiş etdirilib. 
 
Tədbirin açılışında çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-da, xüsusilə də Kaliforniya ştatında Azərbaycanın daha da tanıdılmasının yüksək önəm daşıdığını qeyd edərək, ölkəmizin xarici ölkələrdə təbliğində Azərbaycan kinematoqrafiyasının daim xüsusi rol oynadığını diqqətə çatıdırıb.  N.Ağayev qeyd edib ki, məhz bu baxımdan Azərbaycan icması ilə birgə başladılan bu yeni layihəyə Baş Konsulluq dəstəyini davam etdirəcək. 
 
Daha sonra Los Ancelesdəki Azərbaycan icması fəallarından Kimiya Məmmədova çıxış edib. O, göstərilən dəstəyə görə, icma adından Baş Konsulluğa təşəkkürünü ifadə edərək, qarşıdakı dövrdə bu layihənin daha da inkişaf etdirilməsinə çalışacaqlarını bildirib. K. Rüstəmova qeyd edib ki, bu tədbirin keçirilməsində əsas məqsəd milli kinematoqrafiyamızın klassik və yeni nümunələri barədə təbliğatın aparılmasıdır. İcma fəalı “40-cı qapı” filmi barədə qısa məlumat verərək, qonaqları bu maraqlı ekran əsərinə tamaşa etməyə dəvət edib. 

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info