“Sərkisyan Putinin qarmağından qurtula bilməyib”
Tarix: 16.03.2013 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Qraçya Qalustyan: “Onun Putinlə danışıqlarında Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı razılıq əldə edilib”
Ermənistanda saxta yolla prezident seçilmiş Serj Sərkisyan andiçmə mərasimi keçirməzdən əvvəl tələsik Moskvanı ziyarət etmək ehtiyacı hiss edib. Onun İrəvanda keçirilən etiraz aksiyaları fonunda belə tez-tələsik Moskvaya qaçması və orada prezident Putinlə görüşməsi ölkəsində heç də birmənalı qarşılanmayıb.
Məsələ ondadır ki, Sərkisyanın Putinlə keçirdiyi görüş və ümumiyyətlə, Moskva səfəri ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bu məsələyə toxunan erməni ekspert Qraçya Qalustyan son məqaləsində yazıb ki, səfər yekunlaşmaq üzrə olsa da, heç bir rəsmi informasiya yoxdur, hər şey gizli və qeyri-müəyyəndir: «Bu isə onu göstərir ki, Moskvada keçirilən danışıqlar Ermənistan üçün yaxşı heç nə vəd etmir. Pessimist olmaq üçün kifayət qədər əsas var. Ondan başlayaq ki, Azadlıq meydanında keçirilən fasiləsiz mitinqlər və Raffi Ovannisyanın bəyanatları fonunda Sərkisyan xarici dəstək axtarır. Təbii olaraq bu dəstəyi də ilk növbədə Kremldə axtarır. Orada isə aydındır ki, müftə heç nə vermirlər. Beləliklə, Sərkisyanın öz xalqı ilə mübarizəsində müdafiəsi üçün Kreml Ermənistanı Gömrük İttifaqına qoşmaq istəyir. Əvəzində vəd ediblər ki, Ermənistana satılan qazın qiymətini artırmayacaqlar. Bu, Gömrük İttifaqına daxil olan ölkələrlə heç bir sərhədi olmayan Ermənistan üçün çox böyük arqumentdir. Digər tərəfdən İrəvanın göstərəcəyi artıq inad Kremli əsəbiləşdirə bilər. Əsəbi Kreml hamı üçün təhlükədir. Ermənistanın sövdələşmə üçün Rusiyaya təklif etməyə heç nəyinin qalmadığını deyənlər haqlıdırlar. Hər şey çoxdan satılıb. Bu vəziyyəti Brrüsselə səfər etməklə dəyişmək mümkün deyil. Sərkisyanın Putinlə danışıqlarında Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı razılıq əldə edilib və İrəvanın rəsmi məlumat verməməsi də buna dəlalət edir. Bu məsələdə barometr rolunu çoxdandır Kremlin carçısı rolunu oynayan Rusiya mətbuatı oynaya bilər. Biz heç bir Rusiya kanalında Sərkisyanın Putinlə keçirdiyi görüşlə bağlı neqativ informasiyaya rast gəlmədik». Ekspert bu məsələni Ukrayna dövlət başçısı Viktor Yanukoviçin Rusiyaya səfəri ilə müqayisə edir: «Ukrayna prezidentinə hücumlar onun bir müddət əvvəl Rusiyaya səfəri zamanı başladı. «Rusiya» telekanalının aparıcısı Kiselev elə ilk cümləsində «qardaş dövlətin» başçısını aşağılayaraq «Putin onu Kremldə deyil, Tver əyalətində qəbul etdi» fikrini səsləndirərək qəbulun «kənd səviyyəsində» oldunu diqqətə çatdırıb. Amma demədi ki, orada prezidentin iqamətgahı yerləşir və vaxtilə Brejnev də ABŞ dövlət katibi Kissinceri də orada qəbul etmişdi. Daha sonra qeyd edildi ki, Putin Yanukoviçi Gömrük İttifaqına üzv olmağa inandırmağa çalışıb, o isə Avropa İttifaqı ilə «qaranlıq tarix»ə üstünlük verir». Müəllif qeyd edir ki, Belarus prezidenti Lukaşenko da Moskvanın qarmağından qurtulmaq istədiyi vaxt NTV kanalı ona qarşı hücuma keçmişdi: «İndi isə Yanukoviç əsəbiləşmiş Kremlə qarşı dirənib və Gömrük İttifaqına üzv olmaq istəmir. İstəmir, ona görə də Rusiya telekanallarının hədəfinə çevrilib. Sərkisyanla bağlı isə Rusiya telekanalları susur. Buradan ancaq bir nəticə çıxır-Sərkisyan Putinin qarmağından qurtula bilməyib».
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info