Yaponiya Mərkəzi Bankının yeni rəhbəri məlum oldu
Tarix: 16.03.2013 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Dünyanın ən böyük üçüncü iqtisadi gücü olan Yaponiyada Mərkəzi Bankı idarə edəcək yeni ad bəlli oldu. Baş nazir Şinzo Abe hökumətinin namizəd göstərdiyi Asiya İnkişaf Bankının əvvəlki rəhbəri Haruhiko Kuroda məclisin hər iki qanadının dəstəyi ilə banka rəhbərlik edəcək.
Bankın rəhbəri Masaaki Şirakavanın martın 19-da vəzifəsindən gedəcəyi və Kurodanın rəsmi şəkildə onun yerinə keçəcəyi bildirilib. Qeyd edək ki, Kuroda baş nazir Abenin iqtisadi siyasətini dəstəkləyir. Belə ki, Abe yapon iqtisadiyyatını normal vəziyyətə gətirmək üçün son 3 ilin ən böyük təşviq paketini açıqlamışdı. 116 milyard dollarlıq həmin paketin önəmli bir qismi yeni yolların, körpülərin və keçidlərin inşasına, digər böyük bir qismi isə enerji qənaətli fabriklərin tikintisinə və kök hüceyrə araşdırmalarına ayrılıb. Abe rəhbərliyi bu paketlə 600 min əlavə məşğulluğun yaradılmasını və iqtisadi yüksəlişə 2%-lik bir artımın təmin edilməsini hədəfə alıb.
NURANƏ




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info