Selin qəzalı vəziyyətə saldığı körpü bərpa olunur
Tarix: 05.09.2016 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Sentyabrın 1-dən 2-nə keçən gecə şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan selin Quba-İspik-Xınalıq yolunda yaratdığı fəsadlar aradan qaldırılır.
Fəsadların aradan qaldırılması üçün “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.
Əraziyə baxış zamanı məlum olub ki, yolun 29-cu və 36-cı kilometrliyində Qudyalçay üzərində yerləşən körpülər qəzalı vəziyyətə düşüb. Körpünün istinad divarları və dayaqları zədələnib. Bununla yanaşı, Quba-Xınalıq yolunun 36-cı kilometrliyində, Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində yol tamamilə yuyularaq yararsız vəziyyətə düşüb.
“Azəravtoyol” ASC-nin şöbə müdiri Adil Əhədov bildirib ki, ümumilikdə sel suları yolun 29-cu kilometrliyindən 57-ci kilometrliyinədək olan hissəsində ciddi fəsadlar törədib. Hazırda mütəxəssislərin iştirakı ilə 29-cu kilometrlikdəki körpüdə bərpa işləri aparılır. Havanın yağıntılı, çayda suyun səviyyəsinin hələ də yüksək olması iş prosesini çətinləşdirir. Bununla belə yolda avtomobillərin hərəkətinin tez bir zamanda bərpası üçün işlər sürətləndirilib.
Quba-Xınalıq yolunda selin fəsadlarının aradan qaldırılması üçün görülən işlər çərçivəsində bəzi yerlərdə yolun genişləndirilməsi üçün qayaların partladılması da həyata keçirilə bilər. Bununla əlaqədar “Azəravtoyol” ASC-nin mütəxəssisləri əraziyə baxış keçiriblər.
Hazırda Xınalıq istiqamətində gedən sürücülər alternativ olaraq Alpan-Susay-Xınalıq yolundan istifadə edirlər. Amma bu yolda yalnız ikioxlu, dağlıq ərazi üçün uyğun avtomobillərin hərəkəti mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info