XİN rəhbəri Herbert Vinteri qəbul edib
Tarix: 05.09.2016 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN-n mətbuat xidmətindən verilən məlumata görə, görüşdə E. Məmmədyarov Azərbaycanda yəhudi icmasının əsrlər boyu müxtəlif dini konfesiyaların nümayəndələri ilə dinc yanaşı yaşadığını bildirərək, 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edildiyini diqqətə çatdırıb.
 
Azərbaycanın İsveçrə, eləcə də İsrail ilə yaxın dostluq münasibətlərinə malik olduğunu qeyd edən nazir bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün İsveçrə yəhudi icmasının da öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
 
H. Vinter isə Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradılmasını yüksək qiymətləndirdiyini bildirib. Ölkəmizdə şahidi olduğu multikulturalizm və tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq bunun bütün dünya üçün nümunə ola biləcəyini diqqətə çatdırıb.
 
Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info