Rusiya ilə Səudiyyə Ərəbistanı neft bazarı ilə bağlı razılığa gəldi
Tarix: 05.09.2016 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Rusiya ilə Səudiyyə Ərəbistanı neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin edilməsi üçün digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəliblər.
“TASS” informasiya agentliyi xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin imzaladığı birgə bəyanatda deyilir.
“Nazirlər neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə iri istehsalçı ölkələr arasında konstruktiv dialoq və sıx əməkdaşlığın xüsusi vacibliyini qeyd ediblər. Bununla əlaqədar, nazirlər digər neft istehsalçıları ilə birgə və ya kooperasiyada fəaliyyət göstərmək haqqında razılığa gəliblər”, - deyə bəyanatda qeyd edilir.
Həmçinin nazirlər neft bazarında vəziyyət üzrə məsləhətləşmələrin davam etdirilməsi və birgə monitorinq işçi qrupunun yaradılması barədə razılaşıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info