SOCAR-ın xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının növbəti iclası keçirilib
Tarix: 05.09.2016 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda SOCAR-ın maliyyə vəsaiti hesabına xarici universitetlərdə təhsil almaq üçün müraciət edən 5 tələbənin namizədliyi müzakirə olunub və tələbələr komissiya üzvlərinin suallarını cavablandıraraq, həmin ixtisaslar üzrə oxumaq istəklərini əsaslandırıblar.
2016-2017-ci tədris ili üçün bir nəfərin Böyük Britaniyanın London Universitet Kollecində kimya mühəndisliyi ixtisası üzrə, bir nəfərin isə Lester Universitetində insan resurslarının idarəolunması ixtisası üzrə təhsil almaları Komissiya üzvləri tərəfindən məqsədəuyğun hesab olunub.
Daha sonra SOCAR-ın Xarici Təqaüd Proqramı üzrə kompyuter elmləri, gəmiqayırma, kimya mühəndisliyi, informatika və İKT, hüquq, neft geologiyası və neft-qaz mühəndisliyi ixtisas qrupları üzrə təhsilini başa vurmuş 9 məzunun (6 bakalavr, 3 magistr) hesabat xarakterli təqdimatları dinlənilib. Məzunlar təhsil aldıqları ixtisas və ali təhsil ocaqları, eləcə də Azərbaycanın təbliğatı istiqamətində ictimai fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Onlar komissiyanın qərarı ilə SOCAR-ın müvafiq strukturlarında işlə təmin ediliblər.
Hazırda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində 35 nəfər (10 bakalavr, 25 magistr) təhsilini dünyanın nüfuzlu universitetlərində davam etdirir və onlardan 21 nəfərin (3 bakalavr, 18 magistr) bu ilin sonuna kimi təhsillərini başa vuraraq geri qayıtması gözlənilir. Artıq 189 nəfər təhsilini başa vuraraq geri qayıdıb, SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun işlə təmin olunublar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info