Merkelin partiyası regional seçkilərdə məğlub olub
Tarix: 05.09.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Meklenburq-Ön Pomeraniya federal torpaqlarında keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik İttifaqı üçüncü yeri tutub. Rusiyanın NTV telekanalı xəbər verir ki, Angela Merkelin partiyası seçicilərin cəmi 19 faizinin səsini toplaya bilib. Seçkilərin nəticəsinə görə, ikinci yerdə 20,8 faiz səs toplayan sağçı “Almaniya üçün alternativ” partiyası gəlir. Sosial-Demokratik Partiyası isə əhalinin 30,6 faizinin etimadını qazanaraq lider mövqeyinə yüksəlib.Ekspertlər Angela Merkelin başçılıq etdiyi partiyanın məğlubiyyətini kanslerin miqrasiya siyasəti ilə bağlayırlar. Sosioloji sorğuların son nəticələrinə əsasən, Almaniya əhalisinin təxminən yarısı onu kansler postunda görmək istəmir. BBC telekanalının fikrincə, regional seçkilərin nəticələri 2017-ci ildə keçiriləcək ümumi seçkilərdə Merkelin dördüncü müddətə seçilmək şanslarına təsir göstərə bilər.





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info