“SOCAR Azərbaycanın aktivlərini beynəlxalq miqyasda məharətlə idarə edir“
Tarix: 05.09.2016 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın gənc istedadlarına dəstək vermək SOCAR üçün ən mühüm məsələlərdən biridir.
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bu gün Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) yeni tədris ilinin açılışı münasibəti ilə keçirilən tədbirdə deyib.
Tədbirdə yerli və xarici müəllimlər, məktəbin heyəti, şagird və onların valideynləri iştirak ediblər. Məktəbin direktoru Sigve Austheim məktəbdə Kembric Əsas Tədris planının tədris olunduğunu qeyd edib.
Bu il məktəb tərəfindən 8 azərbaycanlı müəllim Nottinqem Universitetinə PGCEi ixtisas artırma kurslarına göndərilib, gələn ildə də yerli müəllimlərin ixtisas artırma təlimlərinə göndərilməsi nəzərdə tutulur.
Sonra SOCAR prezidenti çıxış edib, şirkət və ölkənin inkişafı üçün insan resurslarının əhəmiyyətindən danışıb. R.Abdullayev SOCAR-ın transmilli şirkətə çevrilərək, Azərbaycanın aktivlərini beynəlxalq miqyasda məharətlə idarə etdiyini qeyd etdi: "Bu gün SOCAR Azərbaycanda ən çox işçisi olan şirkətdir. İnvestisiya layihələrimiz Azərbaycanın dövlət büdcəsinə milyardlarla əlavə gəlir gətirməkdədir".
Sənaye obyektlərinin əhəmiyyətindən söz açan SOCAR prezidenti hər bir inkişafın əsasında duran insan faktorunun rolunu vurğulayıb, şirkət və ölkənin gələcək inkişafını, ilk növbədə, məhz yüksək savadlı gənclərin yetişdirilməsi ilə əlaqələndirib.
Bakı İstedadlar Təhsil Kompleksi (BİTK), Bakı Ali Neft Məktəbi (BANM) və s. kimi təhsil ocaqlarının tərəfdaşı olan SOCAR ölkədə təhsilin inkişafına mühüm töhfələr verir. Tələbələrə keyfiyyətli təhsil imkanı yaratmaq və daha yüksək nəticələrə təşviq etmək üçün şirkət tərəfindən bir sıra təşviqat tədbirləri həyata keçirilir. Yerli və xarici ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr arasında təqaüd müsabiqələri keçirilir. Hazırda yüzlərlə tələbələr SOCAR təqaüdü ilə ölkə daxilində və xaricdə keyfiyyətli təhsil alırlar.
Tədbirdə qeyd olunub ki, bu ildən etibarən SOCAR-ın təqaüd müsabiqəsi həm də BİTK-nin orta məktəb şagirdləri üçün keçirilib, Britaniya proqramı üzrə keçirilən müsabiqənin nəticələri Böyük Britaniyada müstəqil nəzarətçilər tərəfindən yoxlanılıb. İmtahan iştirakçılarından səkkiz şagird, Elfi Əliyeva, Yüksəl Bədəlov, Arslan Məhərrəmli, Ömər Qəhrəmanov. Lyudmila Podqornaya, Aslan Hüseyn, Camal Hüseyn və Nihat İbrahimov ən yüksək nəticə əldə edib, SOCAR-ın təqaüdünə layiq görülüblər.

SOCAR prezidenti təqaüd sertifikatlarını gənc mükafatçılara təqdim edib, onları təbrik edib. Tədbirin davamında təqaüdçülər və onların valideynləri çıxış edib, belə bir imkanın təşkil olunmasına görə təşəkkürünü bildiriblər. Tədbirdən sonra SOCAR-ın prezidenti məktəbdə baxış keçirib, SOCAR-ın dəstəyi ilə aparılmış əsaslı təmir işlərinin nəticələri ilə tanış olub.
Qeyd edək ki, Bakı İstedadlar Təhsil Kompleksi (BİTK) 2012-ci ildə Britaniya məktəbi kimi SOCAR-ın dəstəyi ilə təsis olunmuşdur. Məktəbdə tədris Britaniya kurrikulumu əsasında yerli və xarici müəllimlər tərəfindən aparılır.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info