“Əsas məqsədim gənclərimizin bir olmasıdır”
Tarix: 06.09.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Araz Dövlətov: “Çalışıram ki, Moskvadakı gənclərimiz ictimai işlərə qoşulsunlar”

Gənclərimizin ictimai fəaliyyətinin onların bir araya gəlməsində də əhəmiyyətli rolu var. Bu gün Rusiyada da təhsil alan gənclərimiz bu baxımdan aktivlik göstərirlər. Elə müsahibimiz Araz Dövlətov da Moskvadakı belə azərbaycanlı gənclərimizdəndir. Qeyd edək ki, A.Dövlətov Moskva Dövlət Pedaqoji Universitetinin tələbəsidir. O eyni zamanda Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun (AMİİF) gənclər şöbəsinin koordinatorudur.
-Moskva Dövlət Pedaqoji Universitetində istədiyiniz təhsilə yiyələnə bilibsizmi?
- Moskva Dövlət Pedaqoji Universitetinin 5-ci kursundayam. Bu 5 ildə aldığım təhsil dünyagörüşümün artmasında əvəzsiz rolu oynayıb. Lakin, elm və təhsil elə bir füsunkar dəryadır ki, onu öyrəndikcə daha da dərininə getmək istəyirsən. Ona görə, mən də təkcə bununla kifayətlənmək fikrim yoxdur. Bundan sonra da həm təhsilimdə, həm də ictimai fəaliyyətimdə irəli getməyi qarşıma məqsəd qoymuşam.
-Moskvada gənc olaraq ictimai aktivlik göstərə bilirsizmi?
- Moskvada gənclərin ictimai aktivliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) xüsusi rolu var. Bu baxımdan Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu (AMİİF), Azərbaycan Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi də təqdirəlayiq addımlar atırlar. Mən də bu kimi təşkilatların layihələrində iştirak edərək bir gənc kimi aktivlik nümayiş etdirirəm. Çalışıram Moskvadakı digər gənclər də ictimai işlərə qoşulsunlar.
-Gənclərimiz diaspor tədbirlərində bir araya gələ bilirmi?
-Ümumiyyətlə, xaricdəki gənclər yerli cəmiyyətə inteqrasiya olunmalıdırlar. Ən əsası da istərdim ki, gənclərimiz Rusiya Federasiyasında Azərbaycan bayrağı altında birləşsinlər. Mənim əsas məqsədim gənclərimizin bir olmasıdır. Mən dayanmadan bu yolda çalışıram. Məhz bunun üçün bu il AMİİF tərəfindən "Diaspora yaxın ol" adlı layihə həyata keçirilir. Mən bu layihənin koordinatoruyam. Layihənin məqsədi azərbaycanlı gəncləri bir araya gətirməkdir. Onlara RF-da fəaliyyət göstərən Azərbaycan diasporu haqqında danışılır. Gənclərin layihələrini reallaşdırmağa kömək edilir, eləcə də onların hər hansı suallarına cavab verilir.
-Əsas hansı diaspor təşkilatları ilə əməkdaşlıq edirsiz?
- Biz həm Azərbaycan, həm də Rusiyanın gənclər təşkilatları ilə əməkdaşlıq edirik. Bu gün Moskvadakı diaspor təşkilatlarımızın əməkdaşlığı məsələsində AMİİF-lə ASGA Rusiya nümayəndəliyini nümunə kimi göstərmək olar. Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin icraçı direktoru, AMİİF sədri Şamil Tağıyev və ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilinin birgə ideyaları əsasında saysız tədbir və layihələr keçirilib. Hətta onların birgə layihələrinə bəzən dövlət qurumları da partnyorluq edir. Buna misal olaraq ASGA Rusiya nümayəndəliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, Ümumrusiya Azərbaycan Konqresi və Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Moskvada “Müasir Azərbaycanın memarı -Heydər Əliyev” mövzusunda esse müsabiqəsini göstərmək olar.
-Gələcək planlarınız nədir?
-Gənclərimizin birləşməsi ilə bağlı böyük planlarımız var. Onların birləşməsi üçün bir neçə layihə icra edəcəyik. Biz gənclərimizin bir bayraq altında birləşməsi üçün hər şey edəcəyik.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info