Güləşçilərimiz 4 medal qazanıblar
Tarix: 06.09.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə Dünya Çempionatı başa çatıb. Çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kiloqram çəkidə sərbəst güləşçilər yarışıblar.
Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Yarışda 55 kiloqram çəkidə mübarizə aparan Əfqan Xaşalov ardıcıl olaraq Hindistan, Özbəkistan və Yaponiya güləşçilərini məğlub edərək finala yüksəlib. Finalda Rusiya təmsilçisinə də qalib gələn güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub. Orxan Abbasov (66 kq) mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Qırğızıstan, Macarıstan və Bolqarıstandan olan rəqiblərinə qalib gələn güləşçimiz yarımfinalda Rusiya idmançısına uduzub. Bürünc medal uğrunda görüşdə Fransa təmsilçisini məğlub edən O.Abbasov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Dünya Çempionatında 84 kiloqram çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov da 1/16 final mərhələsindən mübarizəyə qoşulub. Ardıcıl olaraq Çin, Hindistan və ABŞ-dan olan rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz gərgin keçən yarımfinal qarşılaşmasında Türkiyə idmançısına uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Polşadan olan rəqibinə heç bir şans verməyib və çempionatı üçüncü sırada tamamlayıb. Umar İsrailov (120 kq) ardıcıl olaraq Yaponiya, Macarıstan və Türkiyədən olan rəqiblərini üstələyib finala yüksəlib. Rusiya təmsilçisi ilə gərgin keçən final görüşü rəqibin xeyrinə bitib və güləşçimiz gümüş medalla kifayətlənib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info