“İkinci komandamız üçün əsl uğur ilk “10-luğ”a düşmək olacaq”
Tarix: 06.09.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


“Rəqibim güclü qrossmeyster idi. Hər şey plana uyğun gedirdi. Lakin hindistanlı şahmatçı Pentala Harikrişna səhv etmədi və görüş heç-heçə tamamlandı. Yekunda son şans olaraq rəqibə tələ qursam da, o, aldanmadı”.
Bu sözləri Azərbaycanın kişilərdən ibarət ikinci milli komandasının üzvü Vasif Durarbəyli mətbuat konfransında deyib. Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda Hindistan yığması ilə qarşılaşan ikinci milli komandamızın heyətində birinci lövhədə yarışan Vasif Durarbəyli Pentala Harikrişna ilə sülh bağlayıb. Turnirin ilk günlərində uyğunlaşma ilə bağlı müəyyən çətinlik yaşadığını vurğulayan şahmatçımız deyib: “Birinci tur mənim üçün uğurlu olmadı. Mozambik şahmatçısı ilə görüşdə səhvə yol verdim və yekunda heç-heçə qeydə alındı. Halbuki bir piyada üstün idim. İlk günlər çətinliklər oldu. Amerikadan yeni gəldiyimdən saat fərqinə uyğunlaşmaq üçün vaxt lazım idi”. ABŞ-da təhsil alan şahmatçımız bunun elə də asan olmadığını söyləyib: “Dərslə şahmat asan alınmır. Buraya gəldikdən sonra kapitanımız ev tapşırıqlarını yerinə yetirməyə imkan vermir. Geri qayıtdıqdan sonra gecə-gündüz oxuyacağam ki, boşluğu aradan qaldırım”. V.Durarbəyli birinci lövhədə mübarizə aparmasının səbəbini belə açıqlayıb: “Reytinqə görə mən komandada ikinciyəm. Lakin belə qərara alındı ki, ilk lövhədə mübarizə aparım. Çünki güclülərə qarşı yaxşı, zəiflərə qarşı pis oynayıram. Məqsədim mümkün qədər çox xal toplamaqdır. Ən pis halda, güclü şahmatçılarla heç-heçə etməliyəm”. Qrossmeyster komandasının hədəfi barədə danışarkən deyib: “Reytinqə görə 28-ci sıradayıq. İlk “20-lik”də yer almağımız realdır. Amma bu nəticəni uğur yox, uğursuzluq hesab edəcəyəm. Bizim üçün uğur ilk “10-luğ”a düşmək olacaq”. Şahmatçımız gələcək planları ilə bağlı konkret qərar qəbul etmədiyini bildirərək deyib: “ABŞ-da iqtisadiyyatı öyrənirəm. Gələcək planlarımla bağlı qərar qəbul etməmişəm. Dərslər çox vaxt aparır. Vaxtım olanda şahmatla məşğul oluram. Orada da güclü oyunçular var. Vyetnamın bir nömrəli şahmatçısı mənim otaq yoldaşımdır. Qrossmeysterlər çoxdur. Sent-Luis şahmat üçün uğurlu yerdir”. Azərbaycanın ikinci komandasının kapitanı Emil Sutovski ilə bağlı suala cavabında şahmatçımız deyib: “Sutovski bir neçə ildir ki, bizimlə birgə “Odlar Yurdu” komandasında çalışır. Bir-birimizi çox yaxşı tanıyırıq. Qərarları o, qəbul edir, lakin bizim fikirlərimizə də qulaq asır”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info