Bolqarıstan Azərbaycana Aİ ilə üçtərəfli formatda danışıq təklif edib
Tarix: 06.09.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


“Balkan" qazpaylayıcı mərkəzi üçün nəzərdə tutulmuş Rusiya qazının nəqli ilə bağlı danışıqların aparılması üçün Rusiya-Bolqarıstan-Avropa İttifaqı üçtərəfli görüşünün keçirilməsi vacibdir”.
Bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov bildirib. "Biz ölkəmizə qaz nəql etmək istəyən hər bir tərəflə danışıqlar aparmağa hazırıq. Bu cür layihələr Bolqarıstandan yan keçə bilməz. Biz regional enerji mərkəzinə çevrilmək niyyətindəyik və bu şansı qaçırmayacağıq. Biz "Cənub axını" layihəsindən Ukrayna münaqişəsi səbəbindən imtina etdik və nə itirdiyimizi gözəl anlayırdıq. İndi isə biz üçtərəfli formatda danışıqlara hazırıq. Üçtərəfli formatda iştirak edən tərəflərdən ikisi Bolqarıstan və Avropa İttifaqıdır. Üçüncü tərəf isə Azərbaycan, Rusiya və Türkmənistan ola bilər. Hər şey onların istəyindən asılıdır. Bolqarıstan layihənin uzunmüddətli olacağına zəmanət verir. Lakin Avropa İttifaqı da bir tərəf kimi öz zəmanətlərini verməlidir", - deyə baş nazir qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info