Sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli formaları və ləvazimatlar verilib
Tarix: 06.09.2016 | Saat: 14:55:00 | E-mail | Çapa göndər


Bilik Günü ərəfəsində Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məktəblilərlə görüşlər keçirilib, onlara təhsil sovqatı verilib.
AZƏRTAC xəbər verir ki, keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbiri təhsil naziri Məmməd Qəribov açaraq muxtar respublikada bu sahəyə göstərilən diqqət və qayğıdan, o cümlədən təhsil infrastrukturunun yenilənməsindən, uşaqların təhsil hüquqlarının təmin olunması üçün hərtərəfli şəraitin yaradılmasından danışıb.
Muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası, onların təhsilində müasir üsulların tətbiqi və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən davamlı tədbirlərdən söz açıb, şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək təhsildə uğurlar arzulayıblar.
Sonda aztəminatlı sağlamlıq imkanları məhdud şagirdlərə, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara məktəbli geyim forması, çanta və dərs ləvazimatları verilib.
Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bilik Günü münasibətilə Naxçıvanda keçirilən tədbirlərdə, ümumilikdə, 271 aztəminatlı sağlamlıq imkanları məhdud uşağa muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, hər iki valideynini itirmiş 49 uşağa Təhsil Nazirliyi tərəfindən, aztəminatlı ailələrdən olan 80 uşağa isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təhsil sovqatı paylanılıb.
Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən məktəbə gedə bilməyən və distant tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud 24 uşağa məktəbli geyim forması, çantası və dərs ləvazimatları evlərində təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info