Ermənistan hakimiyyəti ordudakı ölüm faktlarını gizlədir
Tarix: 06.09.2016 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Ermənistandakı hərbi hissələrdə son zamanlar ölüm faktları çoxalıb və bunların da içərisində özünəqəsd halları üstünlük təşkil edir. Ölkə ictimaiyyətinin etirazlarına baxmayaraq, vəziyyət dəyişmir.
İlk yarım illikdə Ermənistanda hərbi hissələrdə 12 özünəqəsd hadisəsi qeydə alınıb. Bununla bağlı son hadisə Noyemberyan rayonu ərazisində yerləşən hərbi hissədə baş verib. İki əsgər eyni vaxtda intihar edib. Ötən il də bu hərbi hissədə xidmət keçən Kamo Martirosyan adlı əsgər təhqirlərə dözməyərək intihar etmişdi.
Belə hadisələr Ermənistanda artıq adi hala çevrilib. Bundan başqa, daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması nəticəsində də ölüm halları baş verib. Əsgər ölümünün çoxalması valideynlərin narahatlığına səbəb olub.
“Planetaarmenia.ru” xəbər portalının məlumatına görə, Ermənistan hakimiyyəti bütün vasitələrdən istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hərbi hissələrdə əsgərlərin valideynləri ilə əlaqə saxlaması üçün yaradılan internet otaqlarını isə neqativ halların sızmasının qarşısını almaq üçün bağlayıblar. Bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, Ermənistan ordusunda vəziyyət təsəvvür edildiyindən də qat-qat ağırdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info