Əlilliyi olanlar 23 156 protez-ortopedik məmulatlarla təmin olunublar
Tarix: 06.09.2016 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində görülən işlərin bir istiqaməti də onların protez-ortopedik bərpa xidmətləri ilə təminatına yönəlib.
Bu istiqamətdə fəaliyyətin davamı olaraq, cari ilin yanvar-avqust aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 9 747 nəfər əlilliyi olan şəxs (o cümlədən 1 153 nəfər Qarabağ müharibəsi əlili) qeyd olunan xidmətlərlə təmin edilib. Onlara ümumilikdə 23 156 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
Belə ki, əlilliyi olan şəxslər 1077 ədəd əlil arabası, 646 ədəd aşağı ətraf, 124 ədəd yuxarı ətraf və 247 ədəd döş protezi, 6087 ədəd müxtəlif reabilitasiya vasitəsi, 931 ədəd yuxarı və aşağı ətraf ortezi, 544 ədəd bel və boyun nahiyəsi üçün korset, 449 ədəd eşitmə aparatı ilə təmin olunublar. Həmçinin onlara 2262 cüt protez ayaqqabı, 3101 cüt ortopedik ayaqqabı, 629 ədəd dördayaqlı dayaq vasitəsi, 716 cüt qoltuqaltı və 1195 cüt dirsəkaltı ağac, 1822 ədəd əsa və s. verilib. Eləcə də əlilliyi olan şəxslərə məxsus 632 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək onlara təqdim olunub.
Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 478 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya yönümlü xidmətlər göstərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info