Azərbaycan müsəlman turistləri üçün ən yaxşı istiqamətlər siyahısında yer alıb
Tarix: 06.09.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


“Mastercard” və “CrescentRating” müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran “Müsəlmanların Qlobal Səyahət İndeksi 2016” adlı hesabatını dərc edib.
Hesabata əsasən, Malayziya, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Türkiyə ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralarda yer alıb. Belə ki, 130 turizm istiqamətini əhatə edən araşdırma nəticəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri sırasında Azərbaycan 20-ci yerdə qərarlaşıb.
Ötən ilin hesabatı ilə müqayisədə BƏƏ bir pillə irəliləyərək İƏT istiqamətləri siyahısında ikinci yerə sahib çıxıb. Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının digər üzvləri olan Qatar, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn də ilk onluqda yer alıblar. Siyahıda liderliyi Malayziya qoruyub saxlayıb.
İƏT-ə üzv olmayan ölkələrdən isə Sinqapur birinci olub. Növbəti sıralarda Tailand, Böyük Britaniya və CAR qərarlaşıb.
Bununla yanaşı, araşdırmanın nəticələrinə əsasən, 2015-ci ildə orta hesabla 117 milyon müsəlman turist qeydə alınıb ki, bu da ümumilikdə turizm bazarının 10 faizini təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 milyon nəfərə və ya ümumi turist axınının 11 faizə çatacağı gözlənilir. Qeyd olunan tarix üçün müsəlman turistlərin xərclərinin 200 milyard doları üstələyəcəyi proqnozlaşdırılır.
Asiya və Avropa ölkələri ümumilikdə müsəlman turist axınının 87 faizini qəbul etməklə müsəlman turistləri cəlb edən əsas iki region kimi qeyd olunub.
Sürətlə inkişaf edən bu sektor üzrə ən geniş araşdırmanın nəticələrinə əsasən, təqdim olunmuş hesabatda Orta Şərq və Afrika regionundan 8 ölkə müsəlman turistləri üçün ən yaxşı səyahət istiqamətlərinin ilk onluğunda yer alıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info