Belçikalı parlamentarlar “arzuolunmaz şəxslər“ siyahısına salınacaq
Tarix: 06.09.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


“Ölkəmizin Belçika Krallığındakı səfirliyi parlament üzvlərinin işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfəri məsələsini Belçika parlamentinin Nümayəndələr Palatası, Els Van Hoofun təmsil olunduğu Xristian Demokrat və Flamandlar Partiyasının katibliyi, eləcə də Belçika Xarici İşlər Nazirliyiqarşısında qaldırıb”.
 
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Belçika parlamentinin üzvlərinin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar məsələni şərh edərkən deyib. O bildirib ki, Ermənistanın şişirtməsinə və yalanlarına baxmayaraq, Belçika federal parlamentində Ermənistan üzrə dostluq qrupunun sədri Els Van Hoof və Nümayəndələr Palatasının üzvü Corc Dalmanın səfəri fərdi səfərlərdir. H. Hacıyev Van Hoofun Ermənistan və erməni lobbi dairələri ilə sıx əlaqələrə malik olduğunu söyləyib: “Belçika Nümayəndələr Palatası bu səfərin heç bir halda qurumun fəaliyyətinə aidiyyəti olmadığını, palatanın iş cədvəlində Van Hoofun nə Ermənistana, nə də hər hansı digər yerə səfərinin nəzərdə tutulduğunu bildirib. Xristian Demokrat və Flamand Partiyasının katibliyi tərəfindən bu səfərdən xəbərsiz olduqları və  bunun deputatın öz şəxsi təşəbbüsü əsasında reallaşdırıldığı qeyd olunub”.
 
H. Hacıyev əlavə edib ki, müvafiq dəqiqləşdirilmə aparıldıqdan sonra qeyd olunan şəxslərin adları "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.    
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
19.11.2018
“Azərbaycan dövləti hər zaman diasporun yanındadır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info