İsveçrə Yəhudi İcmaları Federasiyasının nümayəndə heyəti Milli Məclisdə olub
Tarix: 06.09.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Milli Məclis sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bahar Muradova sentyabrın 6-da İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Bahar Muradova Azərbaycan ilə İsveçrə arasında müxtəlif sahələr üzrə münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Qeyd edib ki, hər iki ölkənin bu münasibətləri daha sürətlə irəliyə aparmağa həm imkanları, həm də siyasi iradəsi var. Azərbaycan Avropa ölkələri, o cümlədən İsveçrə ilə yaxın əlaqələr qurub ki, bu da həm ikitərəfli, həm də çoxtərəfli əsasda mühüm əhəmiyyət kəsb edir. Bunu ötən müddətdə müxtəlif səviyyələrdə keçirilən rəsmi görüşlər, ikitərəfli əsasda imzalanan sənədlər və beynəlxalq proseslər zamanı verilən qarşılıqlı dəstək aydın şəkildə sübut edir.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, siyasi, iqtisadi, humanitar əlaqələr parlamentlərarası münasibətlərin də möhkəmlənməsini vacib edir. Parlamentlərarası dostluq qruplarının fəaliyyətinin razılıq doğurduğunu deyən Bahar Muradova onların əlaqələrin dərinləşməsindəki rolundan söz açıb.
Bahar Muradova Azərbaycanın dünyada tolerant, multikultural bir ölkə kimi tanındığını söyləyib. Qeyd edib ki, Azərbaycanda uzun illərdir mövcud olan yəhudi icması bu ərazidə yaşayan xalqların nümayəndələri kimi bütün imkanlardan tam şəkildə istifadə edə bilir. Keçmiş SSRİ məkanında Azərbaycan yeganə ölkədir ki, burada yəhudilər yaşadıqları bütün dövrlərdə heç zaman ayrı-seçkiliyə, təzyiqə məruz qalmayıblar. Bu gün “Azərbaycan yəhudiləri” deyilən bir termin var. Dünyanın hər yerində onların nümayəndələri yaşayırlar və Azərbaycanı özlərinin vətəni hesab edirlər. Onlar İsrail-Azərbaycan və dünya yəhudiləri ilə Azərbaycan arasındakı münasibətlərdə bir körpü rolunu oynayırlar. Azərbaycanda yəhudilər öz dillərində təhsil almaq, mədəniyyətlərini inkişaf etdirmək, dövlət və cəmiyyət həyatında fəal rol oynamaq üçün hər cur imkanlara malikdirlər. Azərbaycan qanunları və reallıqları buna şərait yaradır.
Bütün bunların ölkəmizin nailiyyəti olduğunu deyən Bahar Muradova vurğulayıb ki, məhz bunu əldə rəhbər tutaraq Azərbaycan rəhbərliyi yürütdüyü siyasətdə multikultural dəyərlərə üstünlük verir. Bu nöqteyi-nəzərdən də 2016-cı il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu da dünyadakı mövcud durumu, gərginlikləri, müharibələri nəzərə aldıqda çox əhəmiyyətlidir.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter ölkəmizdə gördükləri inkişafın onlarda zəngin təəssürat yaratdığını deyib. O, Azərbaycanda yəhudi icmasına göstərilən yüksək diqqət və qayğının təqdirəlayiq olduğunu vurğulayıb. Xüsusilə dünyada yəhudi icmalarının sıxışdırıldığı bir zamanda Azərbaycanda onların əsrlər boyu dinc şəraitdə yaşamaq imkanlarının olmasını yüksək qiymətləndirib.
Qonaq bildirib ki, səfərin məqsədi Azərbaycanda müxtəlif mədəniyyətlərarası, etnik və dini qruplararası dinc yanaşı yaşama məsələləri ilə yaxından tanış olmaqdır.
İsveçrənin Azərbaycan ilə ikitərəfli münasibətlərinə toxunan Herbert Vinter bu əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info