Azərbaycan Nijni Novqorodda sərgidə təmsil olunub
Tarix: 06.09.2016 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Bilik günü münasibətilə Rusiyanın Nijni Novqorod şəhərindəki 52 saylı orta məktəbdə Xalqlar dostluğu sərgisi təşkil edilib. Sərgidə Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Nijni Novqorod regional bölməsi də təmsil olunub.
Şəhər rəhbərliyinin təşəbbüsü ilə yaradılan sərginin məqsədi uşaq, yeniyetmə mühitində millətlərarası dostluğu möhkəmləndirmək, mədəni əlaqələri inkişaf etdirmək və şagirdləri müxtəlif xalqların tarixi, mədəniyyəti ilə tanış etməkdir.
Sərginin açılışı və yeni dərs ilinin başlaması münasibətilə edilən təbrik çıxışlarından sonra məktəbin kollektivinə və qonaqlara musiqili proqram təqdim olunub. Tədbirdə “Qarabağ” ansamblının üzvü Alfiya Badyautdinova “Sarı gəlin” Azərbaycan xalq mahnısının melodiyasına məharətlə ifa etdiyi rəqs nömrəsi ilə çıxış edib.
Bayram tədbirində məktəblilərin hazırladığı “Müharibəsiz dünya” videofilmi nümayiş etdirilib, ardınca isə şagirdlər muzeydə təqdim olunan milli mədəniyyətlərin stendləri ilə qonaqları tanış ediblər.
Muzeydə Azərbaycan xalqının zəngin milli-mədəni irsi, həmçinin müasir Azərbaycanın turistik potensialını əks etdirən stend sərgilənib. Ümumrusiya Azərbaycan Konqresi Nijni Novqorod regional bölməsi və Rusiya Azərbaycan Gəncləri Birliyinin yerli nümayəndəliyi tərəfindən hazrılanan stenddə Azərbaycan xalqının mədəniyyətini əks etdirən məişət əşyaları, musiqi alətləri, milli geyimlər, suvenirlər və s. nümayiş etdirilib.
Sərgidə həmçinin “İRS”, “Baku”, “AMOR” jurnalları, Azərbaycan xalqının görkəmli nümayəndələri – ümummilli lider Heydər Əliyev, Müslüm Maqomayev, Kərim Kərimov və başqaları haqda kitablar, həmçinin Azərbaycanın görməli yerləri, təbiəti, milli mətbəxi, turistik potensialı haqda məlumat kitabçaları, Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlunun yaradıcılığını əks etdirən disklər yer alıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info