“Ehtiyatlı oynayaraq qələbə qazandım”
Tarix: 07.09.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turunda - sentyabrın 5-də Azərbaycanın qadınlardan ibarət əsas komandasının üzvü Zeynəb Məmmədyarova Rumıniya ilə görüşdə birinci lövhədə Korina-İzabela Peptanı məğlub edib. Olimpiadada ardıcıl ikinci, ümumilikdə isə üçüncü qələbəsini qazanan Zeynəb Məmmədyarova oyundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
“Qarşılaşdığım rəqiblərim yüksək səviyyəli şahmatçılar idi. Həm Polşa, həm də Rumıniya güclü komandadır. Kapitanımız mənə ehtiyatlı, mümkün qədər risksiz oynamağı tapşırmışdı. Hər iki komanda ilə görüşlərdə heç-heçə bizi qane edirdi. Ehtiyatlı oynayaraq qələbə qazandım. Çox şadam ki, bu qələbə yığmamız üçün mühüm əhəmiyyət kəsb edir. Komanda üçün yarım xal da vacibdir. Meksika ilə görüşdə rəqibim reytinqdə məndən zəif idi. Oyun heç-heçəyə doğru getsə də, risk etdim və uduzdum. Həmin yarım xal sonda özünü göstərəcək”, - deyə Z.Məmmədyarova bildirib. Xanım qrossmeyster qazandığı uğurlarda atası Həmid Məmmədyarovun böyük rol oynadığını vurğulayaraq bildirib: “Atam əksər yarışlarda bizimlə olur. Olimpiadada da bizdən öz dəstəyini əsirgəmir. Hər gün oyundan qabaq tapşırıqlarını verir. Onun məsləhətləri bizə uğur gətirir. Siyasi fəaliyyətimlə əlaqədar son bir ildə yarışlara az qatılıram. Amma vətənpərvərliyimiz özünü göstərir və bu Olimpiadada çıxışımız uğurlu alınır. İnanıram ki, sona qədər yaxşı mübarizə aparmaq üçün enerjimiz çatacaq. Qadın şahmatçılarımız əksər hallarda reytinqlərindən daha yaxşı çıxış edirlər. Bu dəfə də belə olacağına inanıram. Düşünürəm ki, ilk “beşliy”ə düşə bilərik”. Tanınmış qrossmeyster Vətəndə keçirilən yarışlarda məsuliyyətin daha çox olduğunu vurğulayıb: “2002-ci ildə Bakıda gənclər arasında Avropa çempionatının qalibi oldum. 2003-cü ildə Naxçıvanda Dünya Çempionatında bürünc medal qazandım, qardaşım Şəhriyar isə çempion oldu. Vətəndə oynamaq psixoloji cəhətdən bir qədər çətindir. Çünki doğma divarlar əlavə məsuliyyətdir. Amma bu məsuliyyət öz işini görür və bizə müvəffəqiyyət gətirir”.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Barselona“ “Sevilya“nı məğlubiyyətə uğradıb
23.02.2019
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info