Ermənistandakı hərbi hissələrdə intiharların sayı artıb
Tarix: 07.09.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Nikolay Bordyuja:
“Ermənistan ordusunda kadr çatışmazlığı var”


Ermənistandakı hərbi hissələrdə son zamanlar ölüm faktları çoxalıb və bunların da içərisində özünəqəsd halları üstünlük təşkil edir. Ölkə ictimaiyyətinin etirazlarına baxmayaraq, vəziyyət dəyişmir. İlk yarım illikdə Ermənistanda hərbi hissələrdə 12 özünəqəsd hadisəsi qeydə alınıb.
Bununla bağlı son hadisə Noyemberyan rayonu ərazisində yerləşən hərbi hissədə baş verib. İki əsgər eyni vaxtda intihar edib. Ötən il də bu hərbi hissədə xidmət keçən Kamo Martirosyan adlı əsgər təhqirlərə dözməyərək intihar etmişdi. Belə hadisələr Ermənistanda artıq adi hala çevrilib. Bundan başqa, daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması nəticəsində də ölüm halları baş verib. Əsgər ölümünün çoxalması valideynlərin narahatlığına səbəb olub. “Planetaarmenia.ru” xəbər portalının məlumatına görə, Ermənistan hakimiyyəti bütün vasitələrdən istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hərbi hissələrdə əsgərlərin valideynləri ilə əlaqə saxlaması üçün yaradılan internet otaqlarını isə neqativ halların sızmasının qarşısını almaq üçün bağlayıblar. Bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, Ermənistan ordusunda vəziyyət təsəvvür edildiyindən də qat-qat ağırdır.

“KTMT Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən digər münaqişələrə qarışmır”

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja dünən keçirdiyi mətbuat konfransında bildirib ki, Qafqazda vəziyyət sabit olsa da, olduqca çətindir. Onun sözlərinə görə, Qafqazda vəziyyətin çətin olmasının səbəbi məlumdur: “KTMT bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Biz təşkilat olaraq bu və digər münaqişələrin siyasi yola həllinə kömək etməyə hazırıq. Bir vacib məqamı qeyd etmək istəyirəm. KTMT Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən digər münaqişələrə qarışmır. Həmin münaqişələrin həlli ilə BMT-nin himayəsi altında digər institutlar məşğul olur. Biz ancaq bu münaqişələrin siyasi yolla həllinə kömək edə bilərik". KTMT baş katibi erməni jurnalistin “Rusiyada təhsil alan Ermənistan hərbçilərinin sayının son bir ildə artmasının səbəbi nə ilə bağlıdır” sualına cavabında bildirib ki, bu gün Ermənistan ordusunun komandir heyətində yüksəkixtisaslı kadr çatışmazlığı var: "Rusiyada, o cümlədən KTMT ölkəsi olan Belarusda təhsil alan Ermənistan hərbçilərinin sayının artması Ermənistan ordusunun ehtiyacından irəli gəlir".
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info