İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70% artıb
Tarix: 07.09.2016 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Sentyabrın 19-21-də Bakı Ekspo Mərkəzində "İran Proje-2016" neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika və su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə II ixtisaslaşmış sərgisi keçiriləcək.
İranın Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə deyib ki, sərgidə İran istehsalı olan və əsasən neft-kimya, neft-qaz, tikinti-inşaat, energetika, avtomobil istehsalı və qida sənayesi, kənd təsərrüfatı, su təchizatı, nəqliyyat və tibbi avadanlığı əhatə edən məhsullar nümayiş etdiriləcək: "İran Azərbaycan münasibətləri günü-gündən inkişaf edir. 2016-cı ilin 6 ayı ərzində ticarət dövriyyəsi 70% artıb. Bu müddət ərzində həm ixrac, həm də idxal artıb. Bu ilin 6 ayında Azərbaycanın İrana ixrac etdiyi məhsulların həcmi daha çox artıb. İlin sonuna kimi Azərbaycanın İrana ixrac etdiyi məhsullarının həcminin daha da artacağını gözləyirik. Biz iqtisadiyyat sahəsində əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda, sərgi iştirakçıları İranın bank, sığorta və turizm sistemindəki xidmətləri ilə yaxından tanış olacaqlar. Sərgidə 50-yə yaxın şirkət iştirak edəcək. Bundan başqa, sərgidə dövlət və özəl sektorun nümayəndələri, təşkilat və qurum rəhbərləri, iş adamlarının iştirakı gözlənilir. Sərginin keçirilməsində əsas məqsəd iki ölkə arasında mövcud olan iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, nəticədə, iki ölkə arasında ticarət mübadiləsinin həcminin daha da artırılmasından ibarətdir". 
Sərgi çərçivəsində sentyabrın 20-də Azərbaycan-İran biznes-forumunun keçirilməsi nəzərdə tutulur. Biznes-forumda İran və Azərbaycanın dövlət və özəl sektorunun nümayəndələri, iş adamları, şirkət rəhbərləri və istehsalçıları iştirak edəcəklər. Forumdan sonra ikitərəfli iqtisadi müzakirələr aparılacaq.
 
Biznes forumda İrandan 150, Azərbaycandan isə 300 iş adamının iştirakı gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info