Astarada Novruz bayramı qeyd olunub
Tarix: 16.03.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Astara rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənlik tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhərin Nizami küçəsində rayonun İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunmuş kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkasında olublar. Burada respublikanın müxtəlif rayonlarından 20 şirkətin gətirdiyi müxtəlif növ məhsullar - pomidor, xiyar, portağal, banan, xurma, kişmiş, şirniyyat, ət, yağ, balıq, alma, armud, bal və s. satışa çıxarılıb. Yarmarkada məhsullar bazarla müqayisədə 30-35% aşağı qiymətə satışa çıxarılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və rayonun rəhbər işçiləri satış-yarmarkaya baş çəkərək, satılan məhsulların keyfiyyətinə və qiymətinə şəxsən nəzarət ediblər.
Rayon əhalisi daha sonra bayram şənliyinə qatılıb. Rayon Mədəniyyət Evinin «Sevinc» xalq çalğı alətləri ansamblının, ayrı-ayrı müğənnilərin, Kakalos kənd mədəniyyət evinin «Əvəsor» folklor kollektivinin ifa etdikləri mahnı və rəqslər böyük maraqla qarşılanıb. Novruz tonqalı yandırıldıqdan sonra xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgiyə və idmançıların çıxışlarına baxış olub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info