108 saylı Ağstafa seçki dairəsində referenduma hazırlıq işləri yekunlaşmaq üzrədir
Tarix: 07.09.2016 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


108 saylı Ağstafa seçki dairəsi dairə və məntəqə seçki komissiyalarında Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının “Təqvim planına” uyğun aparılır.
Dairə seçki komissiyasının sədri Teymurlan Eyyubov bildirib ki, dairənin əhatə etdiyi 38 seçki məntəqəsində dəqiqləşdirilmiş siyahıya əsasən 42 min 713 seçici qeydə alınıb. Onlardan 661 nəfəri ilk dəfə səsvermə hüququ qazanmış gənclərdir. Yüz yaşından yuxarı seçicilərin sayı isə 7 nəfərdir. Dairə üzrə ən yaşlı seçici 33 saylı məntəqədə səs verəcək Sadıxlı kənd sakini 114 yaşlı Şairova Güləbətin Əhməd qızıdır.
Dairənin bütün seçki məntəqələrində cari təmir işləri aparılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi və rabitə şəbəkəsi ilə təmin olunub. 8 məntəqədə veb-kamera quraşdırılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə seçki komissiyası üzvlərinin və seçki məntəqələri sədrlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması üçün seminar-treninq keçirilib. Sentyabrın 6-dan isə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb.
Seçici siyahıları, çağırış plakatları və digər təbliğat vəsaitləri məntəqələrin girişində, nəzərəçarpacaq yerdə asılıb.
Dairədə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə seçicilərə bildirişlər yazılıb. Səsvermənin gedişini izləmək üçün 154 yerli müşahidəçi qeydiyyata alınıb.




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir
15.01.2019
Gürsel İsmayılzadə Yaponiyada səfir vəzifəsindən geri çağırılıb
15.01.2019
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
15.01.2019
Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info