MSK və DİN Şirvanda referendumla bağlı zona seminar-müşavirəsi keçirib
Tarix: 07.09.2016 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi (DİN) Şirvanda sentyabrın 26-na təyin olunmuş referendumla bağlı polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair zona seminar-müşavirəsi keçirib.
Tədbirin təşkilində məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub. MSK və DİN tərəfindən birgə təşkil olunan seminar-müşavirədə komissiyanın, nazirliyin, 9 şəhər və rayonun DSK sədrləri, polis şöbələrinin əməkdaşları iştirak edib. Seminar-müşavirədə seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edən MSK üzvü Qabil Orucov bildirib ki, belə maarifləndirici tədbirlər  bundan əvvəl Gəncədə, daha sonra Şəki və Bakıda keçirilib və sentyabrın 15-dək davam edəcək.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı Əziz Baxışov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. Çıxışında səsvermədən sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və MSK-ya gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
MSK üzvü İlkin Şahbazovun referendumun subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda çıxışı da dinlənilib.
Sonda tədbir iştirakçılarına polis əməkdaşlarının ümumxalq səsverməsində iştirakına dair yaddaş kitabçası paylanılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18.07.2019
Nihat Xəlilzadənin Bakıda koreyasevərlərlə görüşü olub
18.07.2019
“Xaricdəki soydaşlarımız ümummilli ideya-azərbaycançılıq ətrafında birləşib”
18.07.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18.07.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info