Tovuzda təhsil işçilərinin konfransı keçirilib
Tarix: 07.09.2016 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Sentyabrın 6-da Tovuz rayonunda təhsil işçilərinin konfransı keçirilib. Tədbirdən əvvəl rayon rəhbərliyi, qonaqlar və qabaqcıl təhsil işçiləri Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Konfransda rayon təhsil şöbəsinin müdiri Validə Hüseynovanın 2015-2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələr haqqında məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da təhsil sahəsi öz inkişaf mərhələsini yaşayır. Bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 534 nəfəri tələbə adını qazanıb. Onlardan 80 nəfəri 500-dən, 37 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Cari ildə buraxılış imtahanlarının nəticələrinə görə Aşağı Quşçu və Hacılar kənd tam orta məktəblərinin məzunları Məmmədli İlhamə İlham qızı və Əsgərli Fatimə Azər qızı qızıl medala layiq görülüblər. Həmçinin bu il məzunların 36 nəfəri ali hərbi məktəb və liseylərə, hərbi tibb məktəbinə qəbul olunub. Ümumilikdə isə son doqquz ildə hərbi məktəb və liseylərə daxil olan tovuzlu gənclərin sayı 531 nəfərdir.
Diqqətə çatdırılıb ki, respublika üzrə 65 kənd rayonundan 50 faizdən yuxarı qəbul göstəricisi cəmi 11 rayonda olub. Tovuz rayonu bu siyahıda üçüncü yerdədir. Qəbul imtahanlarında ayrı-ayrı fənnlər üzrə göstəricilərə görə rayonun nəticələri respublikada orta göstəricindən 2,6 faiz yüksəkdir. IX və XI siniflərin buraxılış imtahanlarında fənnlər üzrə nəticələrin təhlilinə görə, rayonun ümumi göstəriciləri respublika üzrə orta göstəricidən 4 faiz yuxarıdır.
Konfransda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində xidmətləri xüsusi qeyd edilib. Bildirilib ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər rayonda üç məktəb binası istifadəyə verilib. Bundan əlavə, dövlət vəsaiti hesabına 18 məktəb binası inşa olunub.
Konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib və respublikada təhsilin inkişafı ilə bağlı məsələlərdən danışıblar.
Sonra ali məktəblərə 600-dən yuxarı balla qəbul olunan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info