Rəsulzadə Bələdiyyəsi “Gənc istedadlarımızı tanıyaq” adlı yeni layihəyə start verdi
Tarix: 07.09.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Sentyabr 7-də M.Ə.Rəsulzadə Bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə “Gənc istedadlarımızı tanıyaq” adlı layihəyə start verildi. Layihə çərçivəsində ilk olaraq qəsəbə sakini, gənc rəssam Həşimova Güllər Hidayət qızının evində görüş keçirildi. Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri gənc rəssamın əl işləri ilə yaxından tanış oldular. M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətindən danışaraq bildirdi ki, hər zaman istedadlı gənclərin dövlətin diqqət və qayğısından kənarda qalmadığını, onlar üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Istedadlı qəsəbə sakininin əl işləri ilə tanışlıqdan sonra bələdiyyə sədri gənc rəssama uğurlar dilədi. Görüşdən məmnunluğunu ifadə edən ailə başçısı gənclərə göstərilən diqqətə görə öz təşəkkürünü bildirdi. Sonda gənc rəssam öz əl işlərindən birini M.Ə.Rəsulzadə Bələdiyyəsinə hədiyyə etdi. Qeyd edək ki, Həşimova Güllər Hidayət qızı 115 saylı orta məktəbdə təhsil alıb, hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Müasir rəssamlıq” sahəsi üzrə təhsil alır. 2014-cu il 23 dekabr Heydər Əliyev Mərkəzində Lermontovun 200 illiyi ilə bağlı təşkil edilmiş sərgidə seçilən əsəri ilə iştirak edib və mükafatlandırılıb. Bununla yanaşı bir çox sərgilərdə fəal iştirak edərək müxtəlif yerlərin sahibi olub. Almaniya Mədəniyyət Mərkəzində Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Baddi ayısı” müsabiqəsində ən gözəl ideya sahibi olaraq birinci yeri tutub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info