Referendum gənclər üçün yeni imkanlar yaradacaq
Tarix: 07.09.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


18 mart 2009 - cu ildə ölkəmizdə baş tutan referendumdan artıq 7 il ötüb. Geridə qoyduğumuz illər ərzində respublikamızın bütün sahələrində-siyasi,iqtisadi,mədəni,idman və s. sahələrdə ciddi inkişaf baş verib. Bu illərdə iqtisadiyyatımızın artımı bütövlükdə cəmiyyətimizin yaşam tərzinin yüksəlməsinə gətirib çıxartdı. İlbəil artırılan sosial yardımların, təqaüdlərin geniş vüsət alması sevindirici haldır. Geridə qoyduğumuz illər ərzində ölkəmizin beynəlxalq aləmdə tanınması, dünyanın aparıcı dövlətləri sırasında xüsusi mövqe tutması hər bir vətənpərvər azərbaycanlını sevindirməyə bilməz. Saymaqla bitməyən idman sektorundakı uğurlarımız hər birimizin uğurudur. Beləliklə,vaxtında və doğru atılmış addımlar dünənin, bu günün tələblərini, maraqlarını özündə birləşdirməklə, dövlətimizin inkişafına səbəb olub.
Prezident İlham Əliyevin 26 sentyabr 2016 – cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncam da, Əsas Qanunu son illərdə baş vermiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi güdür. Nəzərdə tutulan dəyişikliklər günün tələbinə və marağına cavab verməklə yanaşı, 7 il öncəki prosesin davamıdır. Nəzərdə tutulmuş 29 dəyişiklikdən biri, seçkilərdə yaş hədlərinin götürülməsi mütərəqqi addımdır. Belə ki, seçmək və seçilmək hüququ Azərbaycan vətəndaşının təbii haqqıdır. Bu nöqteyi-nəzərdən seçkilərdə iştirak etmək istəyən hər bir gənc vətəndaş üçün geniş imkanlar yaranır. Gənclərimiz həm qanunvericilik, həm də idarəetmə sahəsində daha erkən yaşlarda iştirak etmək fürsəti əldə edirlər. Bu da öz növbəsində ölkənin kadr ehtiyatının daha zəngin olmasını özündə ehtiva edir.
Əgər əvvəlcə, Azərbaycan Respublikasının Milli Məclisinə seçilmək üçün 25 yaşın tamam olmasını gözləmək lazım gəlirdisə, 26 sentyabr tarixində keçiriləcək referendumun baş tutacağı təqdirdə yaş senzi minimuma endiriləcək və bu zaman artıq vətəndaşlar üçün, xüsusən də, biz gənclər üçün yeni yollar açılmış olacaq. Düşüncəsi yüksək olan, intellektli, dünyagörüşlü, savadlı gənclərin Milli Məclisə seçilib, təmsil etdiyi regionda yaşayan sakinlərin problemlərini qabartması, gündəlikdə olan aktual məsələlərə yeni nəslin prizmasından yanaşması, zənnimcə, çox böyük nəticələrə nail olmaq deməkdir.
Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan Prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Məhz bu uğurlu siyasətin davamı olaraq, bu gün dövlət idarəetmə sisteminin püxtələşdirilməsi, dövlət qurumlarının fəaliyyətlərini daha çevik etmək məqsədi, vətəndaşların hüquq və azadlıqlarının daha da genişlənməsi baxımından baş tutacaq referendumun böyük əhəmiyyəti var.
Heç şübhəsizdir ki, Əsas Qanuna yeniliklər gətirən, ölkəmizin gələcək inkişafı baxımından olduqca önəmli olan referendum aktı Azərbaycan vətəndaşları tərəfindən hamılıqla dəstəklənəcək.


YAP Sabunçu RT
İdarə Heyətinin üzvü Murad CƏNNƏTOV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info