Sədərəkdə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib
Tarix: 07.09.2016 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışda rayonun 40 sakininin 267 rəsm və əl işinin satışı təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasətinin uğurla həyata keçirildiyi vurğulanıb.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirib ki, bu gün qadınlarımız dövlət quruculuğunda, ictimai-siyasi sahədə fəal iştirak edir, onların əməyi yüksək qiymətləndirilir. Sədərək rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlar da öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, 2015-ci ilin oktyabr ayında Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda təşkil edilən sərgi-satışda iştirak edən Ali Məclisin Sədri belə sərgilərin hazırlanmasını yüksək dəyərləndirib və müvafiq tapşırıqlar verib. Verilən tapşırığa uyğun olaraq cari ilin ötən dövründə muxtar respublikanın rayon mərkəzlərində bu səpkidə sərgilər keçirilib. Sədərək rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik həyat tərzimizi ilmələrə, tablolara köçürmək və yaşatmaqdır.
İstedadlı qadınlardan Tahirə Qasımova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Sədərək rayonunun qadınları adından minnətdarlıq edib.
Sərgi-satışda sulu və yağlı boya ilə işlənən tablolar, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info