Avropa ölkələrində dini dözümsüzlük, qadınlara qarşı zorakılıq artıb
Tarix: 07.09.2016 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Bəzi Qərb ölkələri özlərini demokratik inkişaf yolunda model hesab etsələr də, təcrübə göstərir ki, bu, heç də belə deyil. Onlar öz daxillərində cərəyan edən hadisələrə münasibət bildirmədən digər ölkələri ittiham edirlər ki, bu da ikili standartlara yol açır. Mövcud faktlar həmin ölkələrdə insan haqlarına qarşı real vəziyyətinin necə olması barədə aydın təsəvvür yaradır. Belə ki, həmin ölkələrdə sığınacaq axtaran şəxslərə qarşı davranışlar, “itkin” düşən qaçqın uşaqların narkotik vasitələrin qanunsuz satışı ilə bağlı olan mafiya və radikal qrupların əlinə düşməsi xəbərləri geniş vüsət alıb. Son günlərin ən çox yayılan xəbərlərindən biri də demokratiyadan, dini tolerantlıqdan danışan bu ölkələrdə İslam dininə, o cümlədən qadınlara qarşı dini geyimləri ilə bağlı təzyiqlərdir.

Fransada hicablı
valideynlərə məktəbdə qadağa


Bu hadisələrdən biri yenə Fransada yaşanıb. Belə ki, Fransada bir çox çimərliyə gətirilən hicab qadağası və Seine-Saint-Denisdə bir restoran sahibinin hicablı müştərilərini qovmasına bənzər bir hadisə bu dəfə də bir orta məktəbdə yaşanıb. Korsika adasındakı Bonifacio şəhərində olan orta məktəbdə uşaqları ilə birlikdə oraya gələn beş valideynin məktəbə girişinə hicablı olduqlarına görə maneə törədilib. Orada yaşanan bu hadisədə, məktəblərdə şagirdlərə tətbiq olunan dini simvol qadağasını səbəb göstərərək hicablı qadınlara maneə törədildiyi bildirilir.
Bundan başqa, Fransanın Korsika adasındakı inzibati məhkəmə, Sisco şəhərində bəzi çimərliklərdə bələdiyyə rəhbərliyi tərəfindən qadınların hicab geyməsinə qoyulan qadağanı dəstəkləyib. Məhkəmə, İnsan Haqları Dərnəyi tərəfindən qadağanın ləğvi üçün edilən şikayəti rədd etdiyini açıqladı. Qərarda, Korsika adasındakı “ gərginliyə`` istinad edilərək, “Yerli idarəçilərin ictimai asayişi təmin etmək``lə bu istiqamətdə qadağanın qərara alınacağı bildirilib. Korsika İdarə Məhkəməsinin qadağanı təsdiq edən qərarının ardınca, şikayətçi tərəfin Dövlət Şurasına müraciət etməsi gözlənilir.
Sisco Bələdiyyə başçısı Ange-Pierre Vivoni, ölkənin cənubundakı Cannes və Villeneuve-Loubetin sahillərində hicabın qadağan edilməsinin ardınca, eyni üsulu tətbiq etdiklərini açıqlamışdı. Qadağaya səbəb olaraq adanın Bastia bölgəsində müsəlman bir qrupla bölgə sakinləri arasında yaşanan gərginlik göstərilmişdi.
Xatırladaq ki, Fransada hicabla bağlı müzakirələr keçən ay Marseldə özəl üzmə hovuzunu bir günlüyə kirayəyə götürən bir qadın dərnəyinin, oraya kişi müəllimlərin də gələcəyini bildirərək, çimərlik paltarında gəlinməməsi ilə bağlı qadınlara xəbərdarlıq edilməsilə başlamışdı. Sentyabr ayında təşkil edilməsi planlanan tədbir, özəl hovuzun rəhbərliyi və Pennes-Mirabeau Bələdiyyəsi tərəfindən təhlükəsizlik səbəbiylə ləğv edilmişdi.
Marseldəki hadisənin ardından ölkənin cənub sahillərindəki Cannes və Villeneuve-Loubet bələdiyyələri də sahillərində hicabı qadağan etmişdi. Nice İdarə Məhkəməsi qadağa qərarını imzalamış, ancaq Dövlət Şurası 26 avqustda bu hökmü pozmuşdu.

İngiltərədə qadınlara qarşı
zorakılıq 11 faiz artıb


İngiltərədə qadınlara qarşı yönəlmiş zorakılıqla bağlı cinayətlərdən cəza alanların sayında rekord artım qeydə alınıb. Kral Prokurorluq Xidmətinin (CPS) illik olaraq hazırladığı, "Qadın və qızlara qarşı zorakılıq" başlıqlı hesabatda, 2015- 2016-cı illər ərzində İngiltərə və Uelsdə qadına qarşı yönəlmiş zorakılıq cinayətlərdən açılan iddialar ilə cəza alanların sayının indiyə qədərki ən yüksək səviyyəyə çatdığı bildirilir. Hesabatda, internet üzərindən işlənən cinayətlər də daxil olmaq üzrə, qadınlara qarşı yönəlmiş cinsi, ailədaxili zorakılıqlarla bağlı hökm oxunanların sayının, bir əvvəlki dövrə nisbətən 11 faiz artdığı bildirilir. Hesabatda, qadınların açıq fotoşəkil və görünüşlərini qisas almaq üçün internetdə yayılmasının 2015-ci ilin aprel ayından bəri cinayət sayıldığı xatırladılaraq, bu kateqoriyadakı cinayətlərə görə də 206 iddia açıldığı qeyd edilir. Xatırladaq ki, bir neçə gün öncə İsveçdə məscidə də hücum edilmişdi. Belə ki, İsveçin paytaxtı Stokholmdakı bir məscid islamofobiların hücumuna məruz qalmışdı. Paytaxtın ən köhnə və ən böyük məscidlərindən olan və Södermalm səmtində yerləşən Stockholm məscidinin qapısına rəngli boyayla “İslam pislik dinidir”` yazılmışdı. İsveç polisi hadisəylə bağlı istintaq başladarkən, yazı da silinmişdi.
Hücumu qınayan İsveç İslam Gənclik Federasiyası başçısı Yasri Khan, Stockholm məscidinə daha əvvəl bənzər hücumlar edildiyinə toxunaraq bildirib ki, "İsveçdəki liberal medianın yayımları nəticəsində islamofobiya və irqçilik artır. Biz də bunun çətinliyini çəkirik". Ümumiyyətlə, Yaxın Şərq və Afrika mənşəli müsəlmanların ibadət etdiyi məscidin qapısına əvvəllər də rəngli boyayla xaç çəkilmişdi.

Almaniyada məscid girişinə
divar hörülüb


Almaniyanın Mecklenburg-Vorpommern əyalətinin Parchim şəhərində bir məscidə aid dərnəyin girişinə divar hörülüb. Rostock polisinin verdiyi açıqlamada şəxsiyyəti hələ təyin olunmamış şəxslərin məscid dərnəyinin giriş hissəsinə 1 metr yüksəklikdə beton divar hördükləri bildirilir.
Divara, üzərində xarici düşmənçiliyi əks etdirən yazıların olduğu kağızların da yapışdırıldığı bildirilən açıqlamada, kriminal polisin hadisəylə əlaqədar istintaq başlatdığı qeyd edilib.
Parchimdə qaçqınlara və onlara kömək edənlərə qarşı təhlükənin artdığını deyən Gatter, müsəlmanların hadisədən narahat olduqlarını və daha çox göz önündə olmaq istəmədiklərini qeyd edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info