UEFA prezidentliyinə 2 namizəd qaldı
Tarix: 08.09.2016 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


UEFA prezidentliyinə namizədlərin sayı 2-yə enib. Daha bir namizəd geri addım atıb. Bu, İspaniya Kral Futbol Federasiyasının prezidenti Migel Anxel Vilyardır.
O, namizədliyini geri götürməyinin səbəbini belə izah edib: “Mənə böyük dəstək olmasına baxmayaraq, prezidentlikdən imtina etmək qərarına gəldim. Çünki yenidən İspaniya Kral Futbol Federasiyasının prezidentliyinə namizəd olmaq fikrindəyəm”. Bununla da UEFA prezidentliyinə iki namizəd qalıb - Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin. Adıçəkilən iki şəxs arasında Çeferinin şansı daha yüksək qiymətləndirilir. Çünki UEFA-ya üzv olan 55 ölkədən artıq 23-ü sloveniyalı futbol funksionerini dəstəkləyir. Çeferin prezident seçilmək üçün sentyabrın 14-də Afinada keçiriləcək seçki zamanı 28 ölkənin səsini toplamalıdır. Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da UEFA prezidenti vəzifəsinə seçkilərdə Çeferinin namizədliyini dəstəklədiyini açıqlayıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info